Gənclər təşkilatlarına veriləcək qrantın aşağı və yuxarı həddi müəyyən edilib
10:05 19.10.2018
Arxiv
466
Azərbaycanda gənclər təşkilatlarına ən az 5 min, ən çox isə 15 min qrant verilə bilər.
"Report” xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”nda əksini tapıb.
Qaydaların 3-cü (Qrant maliyyələşdirilməsi ilə bağlı ümumi məsələlər) maddəsinə əsasən, müsabiqədə yalnız müəyyən edilmiş tələblərə cavab verən gənclər və gənclər təşkilatları iştirak etmək hüququna malikdirlər. Gənclər təşkilatlarının hər qrant müsabiqəsi çərçivəsində müsabiqəyə "A” və ya "B” kateqoriyaları üzrə təqdim etdikləri yalnız 1 layihənin Gənclər Fondu tərəfindən maliyyələşdirilməsinə yol verilir. Hər bir gənc hər qrant müsabiqəsi çərçivəsində "C” kateqoriyası üzrə 1 layihə təqdim etmək hüququna malikdir. Müsabiqəyə təqdim olunmuş "A” və "B” kateqoriyaları üzrə layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.
Müsabiqəyə təqdim olunmuş "C” kateqoriyası üzrə layihələrin icra müddəti 2 aydan az, 12 aydan çox olmamalıdır. "A” kateqoriyası üzrə ayrılmış qrant məbləğinin dəyəri 10 min manatdan, "B” kateqoriyası üzrə 15 min manatdan, "C” kateqoriyası üzrə isə 5 min manatdan çox olmamalıdır.
Maddədə qeyd olunub ki, Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Fond tərəfindən əlavə və ya təkrar maliyyələşdirilə bilməz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm