"...Gənclərimiz ölkəmizi müxtəlif platformalarda uğurla təmsil edirlər"





"Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə gənclər siyasəti həmişə prioritet sahədən biri olub”.

Bunu "Sherg.az”a açıqlamasında "Milli.az” saytının baş redaktoru, siyasi ekspert Anar İmanov deyib.

Gənc baş redaktor bildirib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət bugün çox böyük uğurla davam edir:

"Bugün Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün mühüm addımlar atılır. Azərbaycan gəncliyi daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Ölkəmizdə gənclərlə bağlı bir çox layihələr icra olunur. Bütün ölkə üzrə gənclərimiz üçün lazımi şərait yaradılır, çoxsaylı Olimpiya kompleksləri, Gənclər evləri açılır. Azərbaycanın hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu var. 

Dövlət sayəsində gənclərimiz xaricdə oxuyurlar. Nəticədə bu gün gənclərimiz ölkəmizi müxtəlif platformalarda çox böyük uğurla təmsil edir və bu da həyata keçirilən uğurlu gənclər siyasətinin nəticəsidir. Ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil olunması üçün savadlı, yüksək intellektə malik olan gənclərin yetişməsinə dövlətimiz hər bir şərait yaradıb”.

Ekspertin sözlərinə görə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir: 

"Azərbaycan əhalisinin böyük hissəsini gənclər təşkil edir. İnanıram ki, bügünkü gənclər Azərbaycanı daha da qüdrətli və güclü edəcək. Gələcəkdə bizi daha böyük uğurlar və qələbələr gözləyir”.

İsmayıl