"Gənclərimiz Prezidentin diqqət və qayğısını daim hiss edir..."



"Azərbaycan dövləti gənclərin təşkilatlanması məsələsini xüsusi diqqətdə saxlayıb”.

Bunu "Sherg.az”a açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, tanınmış jurnalist Fuad Hüseynzadə deyib.

QHT rəhbəri bildirib ki, bu məqsədlə gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımi tədbirlər görülüb: 

"Bunun nəticəsidir ki, bütün dövlət orqanlarında gənclər irəli çəkilir. Ayrıca, ildən-ilə gənclərin vətəndaş cəmiyyətində ictimai-siyasi fəallığı artmaqdadır. Hazırda Azərbaycanda fəaliyyət göstərən QHT sektorunda çoxlu sayda gənclər təmsil olunurlar. Bu gün Azərbaycan gəncliyi vətənpərvərliyi, dövlətə və xalqa hədsiz sədaqəti, öz fəallığı, intellekti, müasirliyi ilə seçilir. Ümummilli məsələlərin həllində gənclər ön sırada Azərbaycanın maraqlarını müdafiə edir. 

Var qüvvələri ilə ölkəmizin çiçəklənməsinə, tərəqqisinə öz dəyərli töhfələrini verirlər. Azərbaycan Prezidentinin gənclər siyasətinin başlıca məqsədləri gənclərin hərtərəfli inkişafını təmin etmək, onların sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şəraiti yaratmaqdır. Azərbaycan gəncləri dövlət başçısının diqqət və qayğısını daim hiss edir və yüksək qiymətləndirirlər”.

İsmayıl