Generaldan sensasion açıqlama: “Satqınlardan başqa hər kəs tərəddüd etmədən döyüşürdü”
11:36 04.04.2019
Arxiv
824
"Bütün müharibələrdə satqınlardan, vətənini, millətini hansısa öz şəxsi maraqlarına satanlardan istifadə edirlər. Onların əlacı ancaq bu işlərə əl atmağa qalıb”.
ONA xəbər verir ki, bunu müdafiə naziri Zakir Həsənov AzTV-yə müsahibəsində deyib.
Nazir bildirib ki, bunun da nəticəsi olmayacaq: "Biz satqınları üzə çıxartdıq. Satqınlar istisna olmaqla, bir nəfər əsgər, bir nəfər zabit, bir nəfər general tərəddüd etmədən döyüşə qalxdı. Hər bir əsgər əmrlə döyüşə qalxdı və hücuma keçdi. Mən özüm hücum başlayanda Lələtəpə istiqamətində idim. Komanda məntəqəm o istiqamətdə idi. Bütün bunları öz gözümlə görmüşəm. Yerimi Talış yüksəkliyi istiqamətində dəyişirdim. Yolda gördüm ki, bizim xeyli sayda cavanlarımız könüllü döyüşə gəlib. Onlara ehtiyacımız olmadı”.
Z.Həsənov xatırladıb ki, aprel döyüşlərindən öncə də bizim ermənilərlə toqquşmalarımız olub, bu toqquşmalar zamanı da ermənilər böyük itkilər veriblər:
"Ermənilər 2016-cı ildə bu təxribata əl atdılar. Məndən hərdən soruşurlar ki, buna kim əmr vermişdi. Mən istəyirəm deyəm ki, bu necə baş verib. Biz düşmənin hər bir hərəkətinə hazır olmalıyıq. Bu planlar qabaqcadan işlənir, təsdiqlənir. Bütün planlar vəzifəli şəxslərə paylanılır. Onlardan soruşmadan bu plandan istifadə edirlər. Yəni təxribatın qarşısı necə alınmalıdır, hərbçilərimiz bunu qabacadan bilirdilər, ümumi plan Ali Baş Komandan tərəfindən təsdiq olunub. Təbii ki, bu təxribat başlayanda komandirlər öz planlarına baxdılar, necə deyərlər, fəaliyyətə başladılar. Ümumi əmr çoxdan verilmişdi. Ona görə ki, müharibə gedir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media