Girovlardan XƏBƏR VAR: "Şahbaz xəstədir, Dilqəm isə... " - Ailə üzvləri narahatdır
08:13 04.04.2019
Arxiv
837
"Axırıncı dəfə atam haqqında məlumatı bir il altı ay əvvəl almışam”.
Bunu "Sherg.az”a Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.
Onun söslərinə görə, 2017-ci ildən bu yana birbaşa atamla əlaqə qura bilmirik:
"Atamdan çox nigaranam. Hazırda atamın səhhətinin necə olduğunu, düşmən tərəfindən necə rəftar gördüyünü bilmirəm. Sonuncu dəfə atamdan bir il altı ay əvvəl məktub gəlib. Orada da sadəcə yaxşı olduğunu yazırdı. Həmin məktubdan sonra atamdan birbaşa məlumat ala bilməmişik. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) atamdan üç aydan bir video və hər ay məktub gətirəcəyini bildirirdi. Amma neçə vaxtdı bunlara əməl olunmur.
Bununla bağlı müraciət etdikdə də komitənin nümayəndələri atamın yaxşı olduğunu və özünün məktub yazmaq istəmədiyini bildirirlər. Amma onlara inanmıram. Niyə də inanım ki?! BQXK-nın nümayəndələri hər dəfə müraciət etdikdə şifahi məlumat verir. Lakin biz birbaşa atamın özü ilə əlaqə qurmaq istəyirik. Digər halda oradan verilən məlumatlara inanmırıq. İnana da bilmərik. Sadəcə onlardan istədiyimiz atamın bir dəqiqəlik video görüntüsüdür. Yoxsa, başqa cür atamın səhhəti ilə bağlı aldığımız məlumata inanmıram”.
K.Əsgərov onu da söyləyib ki, ötən günlərdə atamla birlikdə ermənilər tərəfindən saxlanılan Şahbaz Quliyevdən ailəsinə məktub gəlib:
"Amma mənim atamdan heç bir xəbər yoxdur. Necə ola bilər ki, atamla birlikdə saxlanılan məktub yazır, atam yazmır? Bu yaxınlarda bu barədə mətbuat konfransı keçirəcəkdim. Lakin alınmadı, təxirə salındı. Amma yaxın vaxtlarda atamla bağlı mətbuat konfransı keçirəcəm”.
Şahbaz Quliyevin bacısı İradə Quliyeva qeyd edir ki, bu yaxınlarda Şahbazın məktubunu alıblar:
"Hazırda məktub qardaşım İlhamdadır. Qadaşım deyir ki, Şahbaz xəstədir. BQX tərəfindən müalicə olunur. Qardaşıma görə çox pis olmuşam. Ondan narahatam”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi