GÖMRÜKDƏ İNSİDENT: boynunu kəsdi
08:31 09.05.2019
Arxiv
743
Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda narkotik vasitələrin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Astara sərhəd nəzarət məntəqəsinə daxil olmuş məlumata əsasən Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları ilə keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Siyab Bəxtiyar oğlu Qəhrəmanov mayın 8-də piyada yolla İrandan Azərbaycana gələrkən, Astara gömrük postunda pasport qeydiyyat köşkünün yanında sərhəd naryadı tərəfindən saxlanılıb və onunla şifahi sorğu–sual aparılıb. Bu zaman vətəndaş sərhəd naryadına müqavimət göstərərək cibindən çıxartdığı küt alətlə sağ və sol qollarına, həmçinin boyun nahiyəsinə xəsarət yetirməyə başlayıb.
S.B.Qəhrəmanov sərhəd naryadı tərəfindən zərərsizləşdirilib və yaralarının müayinəsi üçün Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Müayinədən sonra həmin şəxs Astara gömrük postuna gətirilərək üzərində şəxsi yoxlama aparılıb, həmçinin ona məxsus əl yüklərinə gömrük yoxlaması tədbiq edilib. Şəxsi yoxlama zamanı Siyab Bəxtiyar oğlu Qəhrəmanovun üzərində, əyninə geyindiyi qara rəngli şalvarın zəncirbəndinin içəri hissəsində 1 ədəd bükümdə 16 qram metamfetamin, alt paltarının belliyində 1 ədəd bükümdə 2 qram, həmçinin ayağına geyindiyi qara rəngli ayaqqabının sağ və sol taylarının üst hissəsində 9 ədəd bükümdə 12 qram tiryək aşkar edilib.
Astara gömrük postunda digər bir fakt üzrə isə İran vətəndaşından 168 qram psixotrop maddə-metamfetamin aşkarlanıb.
Belə ki, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat idarəsinə daxil olan əməliyyat məlumatına əsasən İİR vətəndaşı Rasooli Vizneh Shahnaz Yousefali qızı mayın 8-də piyada yolla İrandan Azərbaycana gələrkən Astara gömrük postunda şifahi sorğu-sual edilərək üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun üzərindən qanunla qadağan olunmuş hər hansı predmet aşkar olunmasa da daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb.
Astara Rayon Mərkəzi Xəstəxanasında xanım vətəndaşın tibbi müayinəsi zamanı onun daxili bədən boşluqlarından 4 ədəd bağlama aşkar edilib. Ümumilikdə 4 bağlamada qablaşdırmaları ilə birlikdə çəkisi 168 qram olan psixotrop maddə-metamfetamin olduğu müəyyən edilib.
Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.
Hər iki faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkədə anomal istilər: 4,4 min insan öldü
18:56 20.08.2026
Ekologiya
KL: Pley-off mərhələsinə start verilir
18:32 20.08.2026
Futbol
Velosiped 3 yaşlı qızın barmağını qopardı
18:23 20.08.2026
Hadisə
ABŞ-ın İran əməliyyatında yaralanan hərbçilərinin sayı 757-yə çatıb
18:17 20.08.2026
Dünya
Türkiyə siqaret istehlakında dünyada birinci oldu
18:14 20.08.2026
Sağlamlıq
Ermənistanda hərbçilərin ölümü ilə bağlı iddialar təkzib edildi
18:05 20.08.2026
Region
Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs saxlanılıb
17:56 20.08.2026
Hadisə
Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs saxlanılıb
17:29 20.08.2026
Hadisə
Dəmir yolunda güzəştli bilet satışı təklifləri yaradılacaq
17:06 20.08.2026
İnfrastruktur
Azərbaycanın uçuş coğrafiyası genişləndiriləcək
17:05 20.08.2026
Gündəm
Azərbaycanda 3 yeni turizm və rekreasiya zonası yaradılacaq
16:58 20.08.2026
İqtisadiyyat
“Rəqəmsal səyyah” viza altnövü təsis ediləcək
16:33 20.08.2026
Gündəm
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM
16:02 20.08.2026
Gündəm
Zaqatalada QƏZA: 3 nəfər yaralandı - FOTO
15:53 20.08.2026
Hadisə