
"Gözümüz işğaldakı ərazilərimizdə olacaq" - PUA-nın imkanları
13:18 10.11.2017
Arxiv
987
Şair Ramaldanov: "PUA-ların imkanları ilə lazımi hədəfə zərbə endirmək olar"
"Pilotsuz uçuş aparatlarının istehsalı cəbhədə insan itkisinin qarşısını alır”.
Bunu "Sherg.az”a Azərbaycanda 6 növ yeni pilotsuz uçuş aparatlarının istehsalının əhəmiyyətindən danışarkən ehtiyatda olan polkovnik Şair Ramaldanov söyləyib.
Onun fikrincə, hansısa ərazini daha operativ öyrənmək üçün bu aparatların imkanları genişdir:
"Azərbaycan silahlı qüvvələrində PUA-ların kütləvi istifadəsi çox vacibdir. Pilotsuz aparatlar həmçinin zərbə endirmək üçün də istifadə oluna bilir. Onların imkanları ilə lazımi hədəfə zərbə endirmək olar.

Qarşımızda qoyulan tapşırıqlara, torpaqlarımızın işğalçılardan azad edilməsinə nəzər saldıqda, kifayət qədər çətinliyimizin olduğunu görərik. Dağlıq Qarabağ ərazisi relyef cəhətdən kifayət qədər çətin ərazidir. Ona görə, bu uçan aparatların imkanları kəşfiyyat təyyarələrindən, helikopterlərdən çoxdur. Düşmənin bu aparatları aşkar etmək imkanları məhduddur.
Dağlıq Qarabağda savaş üçün pilotsuz aparatların imkanları digər vasitələrə nisbətdə qat-qat zəruridir. Ölkəmizdə isə PUA-ların müasir formada istehsalına hərbi sənayedə yer ayrılır. Çünki həmin aparatlar bizə Qarabağı azad etməyimiz üçün böyük yardımçı olacaq. Artıq gözümüz düşmənin işğal etdiyi ərazilərimizdə olacaq. PUA-ların texniki imkanlarından silahlı qüvvələrin müdafiə tədbirlərində, gələcəkdə isə döyüşlərdə istifadəsi çox əhəmiyyətlidir”.
Qeyd edək ki, AMEA Yüksək Texnologiyalar Parkında çox qısa müddətdə cavan və təcrübəli komanda toplaşıb. Pilotsuz uçuş aparatlarının istehsalı prosesi sürətlə davam edir və artıq yekunlaşma mərhələsindədir. Sınaqlar müvəffəqiyyətlə həyata keçirilib. AMEA Yüksək Texnologiyalar Parkının (YTP) direktoru Vüqar Babayevin sözlərinə görə, AMEA Yüksək Texnologiyalar Parkında 6 növ yeni pilotsuz uçuş aparatı (PUA) istehsal edilir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət