Proseslərlə bağlı "Şərq”ə danışan tanınmış siyasi ekspert Azər Rəşidoğlu isə deyib ki, İrəvan "zavallı erməni xalqı” imicini formalaşdırmaq niyyəti güdür. Politoloq bildirib ki, bəzi dövlətlər Azərbaycanın hərbi yolla öz ərazi bütövlüyünü təmin etməsinə qarşı çıxış edirlər:
Güllələr açılır...
Aprel döyüşlərindən də şiddətli toqquşmalar gözlənilirƏgər rəsmi Bakı Kremlin neytral qalmasını təmin edəcək addımlar atarsa, hərbi gücdən istifadə etmək olar
Proseslərlə bağlı "Şərq”ə danışan tanınmış siyasi ekspert Azər Rəşidoğlu isə deyib ki, İrəvan "zavallı erməni xalqı” imicini formalaşdırmaq niyyəti güdür. Politoloq bildirib ki, bəzi dövlətlər Azərbaycanın hərbi yolla öz ərazi bütövlüyünü təmin etməsinə qarşı çıxış edirlər:
Ötən həftə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərarət yenidən artdı. Ordumuz düşmənin növbəti təxribatının qarşısını məharətlə aldı və işğalçıya sarsıdıcı zərbə vurdu. Bununla da Ermənistan rəhbərliyi gözləmədiyi situasiya ilə üzləşdi. Müdafiə Nazirliyinin yaydığı bəyanata görə, düşmən Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrimizi iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. Lakin düşmənə layiqli cavab verilib və 6 erməni hərbiçisi məhv edilib, xeyli sayda yaralı əsgərin olduğu deyilir.
Ermənistan mediası da öz itkilərini etiraf edən materiallar yayıb və ölən şəxslərin adlarını açıqlayıb. Azərbaycanın sərt cavabı Ermənistanda qaniçən hakimiyyətə qarşı etirazların artmasına səbəb olur. Erməni cəmiyyəti hökuməti satqınlıqda və ordudakı özbaşınalıqda ittiham edir. Həmçinin, İrəvanda yeni müharibənin başlaması xofu da artmaqdadır. Erməni jurnalist Sarqis Artsruni yazıb ki, Ermənistanın çıxış yolu yalnız sülhü dəstəkləməkdir. Çünki yeni müharibənin nəticələrinə ölkə olaraq dözə bilməyəcəyik:
"Genişmiqyaslı müharibə Ermənistan üçün məhvedici olacaq. İlk növbədə ciddi demoqrafik problem yaşanacaq. Çünki insanlar kütləvi şəkildə qaçacaqlar. Digər tərəfdən, iqtisadiyyatımız buna dözməyəcək”. Artsruni deyib ki, İrəvan Moskvaya bel bağlamaqla uçuruma yuvarlanır: "Ermənistanın xilas yolu sülhdən keçir, sülhün alternativi yoxdur”. Xarici İşlər Nazirliyi də cəbhə xəttində vəziyyətin gərginləşməsinə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, cəbhədə yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür: "Cəbhədə vəziyyətin inkişaf xronikası açıq şəkildə göstərir ki, atəşkəsin pozulması və təxribatların törədilməsinin təşəbbüskarı məhz Ermənistan tərəfidir. Bununla da Ermənistanın atəşkəsin birinci kimin tərəfindən pozulması barədə mifik təbliğatı növbəti dəfə tamamilə alt-üst olur”. XİN rəsmisi vurğulayıb ki, bu təxribatların ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana planlaşdırılan səfəri ərəfəsinə düşməsi də təsadüfi deyil. Belə ki, Ermənistan qəsdən cəbhədə vəziyyətin gərginləşdirilməsi yolu ilə Dağlıq Qarabağ münaqişəsinin substantiv danışıqlar yolu ilə həllinə imkan verməməyə və işğala əsaslanan mövcud status kvonu saxlamağa çalışır”. Cəbhə xəttindəki mövcud gərginliklə bağlı açıqlama verən millət vəkili, politoloq Rasim Musabəyov hərbi toqquşmaların davam edəcəyini deyib. Deputat vurğulayıb ki, artan gərginlik heç bir tərəfə xeyir gətirmir: "Müharibə məcburiyyət qarşısında baş verir və bu məcburiyyəti yaradan erməni işğalıdır. Erməni hərbi birləşmələri beynəlxalq hüquqa zidd olaraq Azərbaycan torpaqlarını tutublar və oradan çıxmaq niyyətində olmadıqlarını bəyan ediblər. Torpaqlarımızı işğal altında saxlayan ermənilər bununla yanaşı, Azərbaycan məntəqələrini daim atəşə tuturlar. Beş erməninin öldürülməsindən əvvəl onlar bizim əsgərimizi şəhid etmişdilər. Biz də şəhidimizin qisasını aldıq”. Ekspert bildirib ki, işğal davam etdiyi müddətcə hər şey ola bilər, hətta aprel hadisələrindən daha şiddətli toqquşmalar da mümkündür: "Həmsədr dövlətlər, beynəlxalq qurumlar Ermənistana qarşı təzyiq etmək istəmirlər və belə bir niyyətləri də yoxdur. Sadəcə olaraq biz erməniləri öz yerlərində oturtmağa başlayanda işğalçını əlimizdən almağa çalışırlar. Azərbaycan ordusu Ermənistanın silahlı birləşmələrindən qat-qat güclüdür. Biz bunu aprel hadisələrində müşahidə etdik. Aprel döyüşləri göstərdi ki, düşmənin ordusu zəifdir, yanvar ayından bu vaxta kimi ermənilərin itkiləri Azərbaycanın itkilərindən iki dəfə çox olub”.
Proseslərlə bağlı "Şərq”ə danışan tanınmış siyasi ekspert Azər Rəşidoğlu isə deyib ki, İrəvan "zavallı erməni xalqı” imicini formalaşdırmaq niyyəti güdür. Politoloq bildirib ki, bəzi dövlətlər Azərbaycanın hərbi yolla öz ərazi bütövlüyünü təmin etməsinə qarşı çıxış edirlər: "Savaş variantı Türkiyə istisna olmaqla, heç bir ölkə tərəfindən dəstəklənmir və bütün güc mərkəzləri "atəşkəsə əməl edin” tövsiyəsini verirlər. Prinsipcə, həmsədr ölkələr - Amerika və Rusiya öz maraqları çərçivəsində Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasının əleyhinə deyil. Sadəcə, problem odur ki, Vaşinqtonla Moskvanın maraqları həmişə üst-üstə düşmür. Hər iki dövlətin münaqişənin həllinə baxışı fərqlidir. Vaşinqton və Moskva münaqişənin öz maraqları çərçivəsində həllinin qeyri-mümkün olduğunu gördükləri üçün mövcud status-kvonun saxlanmasını daha düzgün sayırlar. Hazırda münaqişənin həlli ilə bağlı qeyri-müəyyənlik var. Münaqişənin həlli forması ilə bağlı tərəflərin maraqları üst-üstə düşmür. Lakin reallıq odur ki, münaqişənin uzanması hər iki ölkəyə böyük güclərin təsir imkanlarını artırır, xarici siyasətdə öz maraqları çərçivəsində hərəkət imkanlarını məhdudlaşdırır. Bu baxımdan orta və uzunmüddətli perspektiv üçün münaqişənin tezliklə həlli vacibdir. Ermənistanda vəziyyət bir az fərqlidir, düşmən ölkədə işğal olunmuş əraziləri boşaltmaq problemi var. Çünki bu məqam daxili siyasətdə həmişə spekulyasiya predmetinə çevriləcək. Yəni Azərbaycan münaqişənin həllindən sonra öz torpaqlarını əldə edəcək, amma Ermənistan özünün olmayan əraziləri itirəcək. Yəni uduzan tərəf olacaq”.
Politoloqun sözlərinə görə, hərbi yol və gücün tətbiqi münaqişələrin həllində həmişə vasitə olub: "Beynəlxalq güclərin "Qarabağ münaqişəsinin hərbi həlli yoxdur” açıqlaması absurd ifadədir. Şəraitdən asılı olaraq Azərbaycan bu və ya digər vasitələrdən istifadə edə bilər. Yaxın vaxtlarda həlledici addım atılmazsa, müharibənin başlanması qaçılmaz olacaq. Atəşkəs limiti bitib, sadəcə iki amil ciddi nəzərə alınmalıdır: - Birinci, qüvvələr nisbətində Azərbaycanın üstünlüyü birmənalıdır, bura maliyyə, insan, hərbi resurslar daxildir. İkinci amil isə - xarici güclərdir. İlk növbədə, Rusiya amili nəzərə alınmalıdır. Rusiya regionda yeganə hərbi-siyasi mövcudluğu olan gücdür. Əgər rəsmi Bakı Kremlin neytral qalmasını təmin edəcək addımlar atarsa, hərbi gücdən istifadə etmək olar. Əks təqdirdə, hərbi gücdən istifadə digər ölkələrin münaqişəyə müdaxiləsinə gətirib çıxara bilər. Bu baxımdan, Bakı və İrəvan xarici dəstək axtarışındadır. İrəvan Moskvanın forpostudur. Bakı isə qardaş ölkə Türkiyə ilə strateji müttəfiqdir”.
İsmayıl