Günay Türkiyənin rəsmi vətəndaşı oldu





Türkiyə vətəndaşlığını qəbul edən azərbaycanlı model Günay Musayeva şəxsiyyət vəsiqəsinin fotosunu paylaşıb. Axşam.az "Hürriyət”ə istinadən xəbər verir ki, Günay İstanbulun Cihangir səmtində dostları ilə bir araya gələrək Türkiyə vətəndaşı olmasını qeyd edib. G.Musayeva qardaş ölkədə səsvermə hüququ qazandığına görə çox sevindiyini deyib:
"Pasport Qeydiyyat İdarəsinə zəng vurub, şəxsiyyət vəsiqəmin hazır olub-olmadığını soruşdum. Mənə dedilər ki, gəlib imza atmalısınız. Çox həyəcanlandım. Vaxt itirmədən getdim. Şəxsiyyət vəsiqəmi aldım, artıq rəsmi vətəndaşam. Məni sevindirən digər hal isə, Türkiyədə səs verə biləcəyəm”.