Günəş şüalarından qorunmanın ən yaxşı yolu...




"Qoruyucu kremlər, şapkalar, günəş çətiri və s. kimi vasitələr günəş şüalarının qarşısını çox az miqdarda alır”.

Sherg.az xəbər verir ki, İngiltərənin tibb mütəxəssislərinin məlumatına görə, günəş şüalarından qorunmanın ən yaxşı yolu günəş şüaları altında qalmamaqdır.

İsveçrə, Danimarka və ABŞ universitetlərindəki dermatoloqlar günəşdən qorunma strategiyasını "günəşə mümkün olduğu qədər az məruz qalmaq, şapka taxmaq və qoruyucu geyimlər geymək" olaraq açıqlayıb. Günəşdən qorunmada parçanın toxunma növü, rəngi, ağırlığı və qalınlığı kimi bir çox meyarın önəmli olduğunu açıqlayan mütəxəssislərin fikrincə, tünd rənglər açıq rənglərə nisbətən daha az qoruyucu xüsusiyyətə malikdir.

Mütəxəssislər bildirirlər ki, çox günəş şüası altında qalmaq dəridə nazikləşmə, qırışma, dəri quruluğu, ləkələnmə, erkən yaşlanma, kapilyar damarların üzə çıxması, dəri xərçənginin meydana gəlməsi riskinin artması, günəş allergiyası və s. bu kimi problemlərin yaranmasına səbəb olur.