Gürcüstan cəmiyyətinin fikri dəyişir
07:53 12.04.2018
Arxiv
814
“Saakaşviliyə inam yenidən bərpa olunur”
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili "Facebook” sosial şəbəkəsi vasitəsilə hakim partiya və rəhbəri Bidzina İvanişviliyə qarşı birləşməyə çağırıb. Saakaşvili bildirib ki, İvanişvili Gürcüstanın düşmənidir və Gürcüstan məhv olmaq təhlükəsi altındadır:
"Bütün müxalif qüvvələrə səslənərək, nə qədər ki, vaxt var, birləşməyə çağırıram. Bütün fikir ayrılıqlarını bir kənara qoyaq. Biz bu il böyük dəyişikliklərə nail olacağıq, Gürcüstanı yer xəritəsindən silinməyə qoymayaq. Bu, real təhlükədir”. Ekspertlərə görə, Saakaşvilinin çağırışı ölkənin müxalif qüvvələri tərəfindən ciddi qəbul edilə bilər. Çünki indiki hakimiyyətdən narazılıq yüksəkdir.
Qonşu ölkədəki durumla bağlı "Şərq”ə danışan politoloq Azər Rəşidoğlu Gürcüstanda vəziyyətin o qədər də yaxşı olmadığını deyib. Analitik vurğulayıb ki, Moskva Gürcüstanı parçalayıb, Abxaziya və Osetiya separatçıların əlindədir:
"Rusiya inkişaf etmiş Gürcüstanın varlığında maraqlı deyil. Gürcüstan Qərblə inteqrasiyaya çalışır. NATO-nun və Avropa Birliyinin (AB) üzvü olmağa çalışır. Aİ ilə assossiativ saziş imzalayıb. Bu baxımdan, Gürcüstan cəmiyyətinin fikri dəyişir. Saakaşviliyə inam yenidən bərpa olunur. İndiki hakimiyyət nüfuzunu itirir. İnsanlarda belə inam var ki, Saakaşvili qayıdarsa, böyük işlər görə bilər. Bu gedişat isə Rusiyanı narahat edir. Moskva Qərbyönümlü siyasətin Gürcüstanda dominant olmasına qarşıdır. Bu baxımdan, bu ölkədə müəyyən ssenarilər hazırlaya bilər. Saakaşvilinin də narahatlığı elə bundandır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya