Gürcüstanda iqtidar-müxalifət razılaşması pozulub
12:39 28.07.2021
Arxiv
495
Gürcüstanın hakim Gürcü Arzusu Partiyası bu ilin aprelin 19-da müxalifətin bir hissəsi ilə imzaladığı siyasi razılaşmadan çıxıb.
“Report”un yerli bürosu xəbər verir ki, bunu partiyanın sədri İrakli Kobaxidze birifinqdə bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin himayəsi altında hazırlanan sənəd imzalandıqdan 100 gün sonra müxalifətin qeyri-konstruktivliyi səbəbindən uğursuzluğa düşar olub: “Radikal müxalifət yerli seçkilər öncəsi siyasi qütbləşməni dərinləşdirmək üçün əlindən gələni edir. 19 aprel razılaşması öz müsbət rolunu oynayıb – müxalifət sabotaja son qoyub”.
İ.Kobaxidze qeyd edib ki, bu gündən etibarən Gürcüstan konstitusiya quruluşuna qayıdır və siyasi proseslər ali qanun çərçivəsində davam etdiriləcək: “Biz növbədənkənar parlament seçkiləri təyin edə bilərik, lakin bu, yalnız hakimiyyətin xoş niyyəti ilə olacaq”.
Gürcüstanın müxalifət cəbhəsində hakim partiyanın razılaşmanı birtərəfli qaydada tərk etməsi kəskin qınanıb. Müxalifət partiyalarının məsələ ilə bağlı məsləhətləşmələr aparacağı gözlənilir.
Qeyd edək ki, iqtidar-müxalifət razılaşmasından sonra Gürcüstanda 2020-ci ilin noyabrından davam edən siyasi böhran başa çatıb. Belə ki, parlamentə seçilmiş müxalifət nümayəndələri qanunverici orqanın boykotunu dayandırıblar. Sənədin bir bəndinə qeyd olunub ki, hakim “Gürcü Arzusu” bu ilin okyabrında yerli idarəetmə orqanlarına keçiriləcək seçkilərdə 43 %-dən az səs toplayarsa, ölkədə növbədənkənar parlament seçkiləri təyin olunmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm