Gürcüstanda prezident seçkilərində səsvermə başlayıb




Gürcünstanda prezident seçkilərində səsvermə başlayıb.

Ternd-in məlumatına görə, Gürcüstanın Mərkəzi Seçki komitəsi perzident seçkilərində səs vermək üçün 3705 seçki məntəqəsi yaradıb. Bundan əlavə 41 xarici ölkədə 55 məntəqə açılacaq.

Ölkə XİN-in məlumatına əsasən, 53 minə yaxın Gürcüstan vətəndaşı xaricdə konsul uçotundadır.

Bildirilir ki, 3,3 mindən artıq müşahidəçi seçki prosesini izləyəcək.