Gürcüstanda yaşayan azərbaycanlılar Qənirə Paşayevanı dəstəklədi

"Türk dünyasının dəyərli şəxsiyyətlərindən biri, millət vəkili Qənirə xanım Paşayevanın doğum günüdür. Qənirə xanım Gürcüstan müstəqilliyini qazanandan bəri burda yaşayan azərbaycanlıların yanında olmub, onların problemlerinin həllində əvvəlcə bir telejurnalist, sonra isə bir millət vəkili kimi maraqlanıb".
Bu sözlər Gürcüstandakı  "Qeyrət” xalq hərəkatının sədri Əlibala Əsgərovun yaydığı bəyanatdandır.
Hərəkat sədri Qənirə xanımın Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri kimi çox böyük işlər gördüyünü vurğulayıb, bütün bölgə insanının sevgisini qazandığını vurğulayıb:
- O həm də vətənpərvər Azərbaycan xanımıdı. Bu günlərdə məqsədli olaraq bəzi vətənşüvənlər onun haqqında qaralama kompanyası aparsalar da, əksinə Qənirə xanımın kim olduğunu bir daha ictimaiyyətin dilindən eşitdilər. Çox hörmətli, Qənirə xanım, doğum gününüz mübarək! Allah ömrünüzə bərəkət versin! Siz əsla yorulmayın, yolunuza davam edin, bu millətin sizin kimi şəxsiyyətlərə çox ehtiyacı var.