"Hakimiyyət Dağlıq Qarabağı qaytarmaq istəmir, sadəcə vaxtı uzadır" deyənlərə TUTARLI CAVAB
14:00 30.07.2018
Arxiv
897
"Hansı iqtidar ki, münaqişə kimi böyük problemi həll edir o, tarixdə qalır. Azərbaycan hakimiyyəti də işğal olunmuş torpaqlarımızın geri qaytarılması zərurətini anlayır"
"Ölkəmizdə 9,6 faiz əhali qeyri-azərbaycanlıdır. Bu insanların içərisində müxtəlif xalqların nümayəndələri, fərqli dinlərin daşıyıcıları var”.
Bu barədə "Sherg.az”a sosial şəbəkələrdə din pərdəsi altında anti-Azərbaycan təbliğatının aparılması və Azərbaycanda dindarların sıxışdırılması iddiasından danışarkən millət vəkili Rüfət Quliyev bildirib.
Onun sözlərinə görə, dövlətin azad siyasətinin nəticəsidir ki, ölkəmizə təşrif buyuran minlərlə insan Azərbaycanın tolerant ölkə olduğunu təsdiqləyir:
"Son 15 ildə dinlə bağlı məsələlər müxtəlif ölkələrdə qaldırılır. Burada daxili və xarici qüvvələrin təsirləri hiss olunur. Əslində hər zaman narazılıq ifadə edən şəxslər elə də çox deyil. Azərbaycanda gedən demokratik proseslər, iqtisadi inkişaf, ölkəmizin dünyada nüfuzunun artması belə insanları qıcıqlandırır. Dünyada elə ölkə yoxdur ki, bütün vətəndaşları tamamilə razı olsun. Bu, əslində normal haldır. Bizi istəməyən, hökuməti müdafiə etməyən, bəzi məsələlərlə barışmayan insanlar həmişə var.
İtaliyan filosofu Tomazo Komponellanın XVI əsrdə yazdığı məşhur bir əsərini nümunə göstərmək istəyirəm. O, "Günəş şəhəri” adlı kitabında utopik bir şəhər təsvir edir. Utopik şəhərdə yaşayan hər kəs bir-biri ilə dil tapır, sevinclidirlər, xoşbəxt yaşayırlar. Amma əsərin sonuna yaxın yazıçı qeyd edir ki, həmin utopik şəhərdə də həbsxana var. Bu o deməkdir ki, nə qədər yaxşı mühit, cəmiyyət formalaşdırılsa belə, mütləq narazılıq olacaqdır. Ona görə, real cəmiyyətlərdə də narazı insanların olması normaldır.
Azərbaycan inkişafa doğru irəliləyir, xalq ümumi vəziyyətdən razıdır. Belə məqamda bir neçə insanın ortaya çıxıb, narazılıq nümayiş etdirməsi tamamilə əsassızdır”.
Sosial şəbəkələrdə yayılan müxtəlif status, rəy və video müraciətlərdə guya hakimiyyətin Dağlıq Qarabağı qaytarmaq istəmədiyi və sadəcə vaxtı uzatdığı iddialarına gəlincə, R.Quliyev vurğulayıb ki, bu fikirlər sadəcə cəfəngiyyatdır:
"Dövlət bunun üçün əlindən gələni edir. Hamımız başa düşürük ki, müharibə tək Azərbaycan və Ermənistan arasında olsaydı torpaqlarımızı 48 saat ərzində işğaldan azad edə bilərdik. Beynəlxalq vəziyyət necədir, düşmənin arxasında hansı qüvvələr durub, müharibə aparmağımıza maneə törədən səbəblər nələrdir – bütün bunları biz bilirik. Amma mövcud durumu analiz edə bilməyən, başa düşmək istəməyən şəxslərə bu cəmiyyətdə yer yoxdur. Hansı iqtidar ki, münaqişə kimi böyük problemi həll edir o, tarixdə qalır. Azərbaycanda mövcud olan hazırkı hakimiyyət də işğal olunmuş torpaqlarımızın geri qaytarılması zərurətini anlayır. Bu, həm xalq, həm dövlət, həm də iqtidarın tarixdə qalması üçün vacib amildir”.
Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə yayılan müxtəlif status, rəy və video müraciətlərdə Azərbaycanda dini və milli azadlıqların, insan haqlarının pozulduğu, dindarların sıxışdırıldığı, guya hakimiyyətin Dağlıq Qarabağı qaytarmaq istəmədiyi və sadəcə vaxtı uzatdığı və s. kimi həqiqəti əks etdirməyən iddialar irəli sürülür.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya