Hamburqlular fil balasını salamlayırlar




Almaniyanın Hamburq şəhərinin zooparkında fərəhli hadisə baş verib. Fil balası dünyaya gəlib. Milad axşamı doğulmasına baxmayaraq onu ictimaiyyətə indi göstərmək qərarına gəliblər. AZƏRTAC xəbər verir ki, hamburqlular fil balasını necə adlandıracaqlarını onlayn-səsvermə gedişində həll edəcəklər.