Həbsxanada iş imkanları yaradılmalıdır
07:41 15.11.2017
Arxiv
677
“O halda dustaqlar həm müxtəlif peşələrə sahib olarlar, iş-güc öyrənərlər, həm də bekarçılıqdan neqativ əməllərlə məşğul olmazlar”
"Cəzaçəkmə müəsisələrindəki məhkumların məşğulluğunun artırılması üçün həbsxanalarda istehsal sahələrinin yaradılmasına ehtiyac var”. Bunu büdcə layihələrinin müzakirəsi zamanı İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova çıxışı zamanı deyib. Ombudsman bildirib ki, istehsal sahələri yaradılarsa, cəza çəkən məhbusların məşğulluğu təmin edilər.
Eyni zamanda məhbuslar ailələrinə pul qazanıb göndərər və yaxud hər hansı borcunu ödəyər. Bu addım həm də dustaqların hər hansı peşə fəaliyyətinə yiyələnərək, cəmiyyətdən hərtərəfli təcrid olunmamasına, həmçinin, dövlətə fayda vermələrinə gətirib çıxarar. İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın təklifi hüquq müdafiəçiləri tərəfindən də dəstəklənib.
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu "Şərq”ə deyib ki, hüquq müdafiəçiləri 5 ildən artıqdır bu məsələni qaldırırlar:
"Hər zaman vurğulamışıq ki, cəzaçəkmə müəssisələrində ilk növbədə yaxşı iş imkanları yaradılmalıdır. O halda dustaqlar həm müxtəlif peşələrə sahib olarlar, iş-güc öyrənərlər, həm də bekarçılıqdan neqativ əməllərlə məşğul olmazlar. Elmira xanımın təklifi çox gözəldir, hamımız dəstəkləyirik. Sadəcə proses elə qurulmalıdır ki, əlavə problemlər yaranmasın”.
N.Cəfəroğlu xatırladıb ki, əvvəllər həbsxanalarda istehsal sahələri mövcud idi:
"Məsələn, vaxtı ilə qadınlar üçün cəzaçəkmə müəssisələrində xalçaçılıq istehsal sahəsi yaratmışdıq. Orada dustaq xanımlara xalça toxumağı öyrədirdilər. Məhbus qadınlar həm özlərinə, həm də ailələrinə yetəcək qədər pul qazana bilirdilər. Bununla bağlı bir çox məhbuslar bizə müraciət ediblər. Onlar özləri də maraqlıdırlar ki, cəza çəkdikləri yerlərdə iş imkanları yaradılsın”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə