Hədəfini açıqlamadı, "Maşın"dan getdi - Foto





"Hind kinosu" devizi ilə yayınlanan "Maşın" şounun növbəti günü baş tutub.
Musavat.com xəbər verir ki, günün hədəfi aktrisa Aydan Axundzadə olub. Səsverməyə çıxan aktrisa qruplaşmanın qurbanı olduğunu, lakin hədəfini açıqlamayacağını deyib. Sonda 42 faiz səs toplayan Aydan üçün "Maşın" əldən gedib.

Qeyd edək ki, hazırda şouda mübarizəni şairə Nazilə Səfərli, Səmra Rəhimli, Samir Cavadzadə, Dilarə Kazımova, reper Ramin Nabran, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisa Xəyalə Quliyeva, aparıcı Sərxan Kərəmoğlu, bloqqerlər Mənsur Şərifov, Taleh Yüzbəyov davam etdirir.