Həkimə getmədən süd vəzisindəki şişkinliyi necə yox etmək olar? - TÖVSİYƏ




Günümüzdə qadınların problemlərindən biri olan mastopatiya ən müəmmalı diaqnozlardan sayılır. Çox zaman onu süd verən analarda rast gəlinən mastitlə səhv salır, bir başqası isə o dəqiqə sağalmaz onkoloji xəstəliyi xatırlayır. 

Əslində bu fikirlərin hər ikisi yanlışdır. Müasir tibbi statistikaya görə, hər iki qadından biri döşlərində narahatlıq və ağrı hiss edir, süd vəzisindəki şişkinlik və qalınlaşmalardan şikayətlənir. 

Sherg. az-ın xəbərinə görə, əgər siz arabir döşlərinizdə ağrı hiss edirsinizsə, deməli, öz səhhətinizə daha diqqətli yanaşmağınız məsləhətdir. Təəssüf ki, bütün qadınlar mastopatiyadan əziyyət çəkə bilərlər. Həkimlər belə xəstəliklər üçün bir sıra profilaktik tövsiyələr işləyib hazırlayıblar:

* Qida rasionunuzu yağların azaldılması və sellülozun, xüsusən də tərəvəz və paxlaların artırılması hesabına dəyişdirin. Belə pəhriz zamanı estrogen mübadiləsi optimallaşır ki, bu da döşlərin hormonal stimulyasiyasiyasının azalması deməkdir.

* Artıq çəkidən azad olmaq döşlərdəki ağrını yüngülləşdirir, belə ki, piy qadın orqanizminə əlavə vəzi kimi təsir göstərərək estrogenləri toplayır.

* Mütləq C vitamini, kalsium, maqnezium, B qrupu vitaminləri ilə zəngin ərzaqlardan çoxlu istifadə edin. Kərə yağının əvəzinə bitki yağlarından istifadə döş toxumalarının aktivatoru - prolaktin hormonunu lazım olan səviyyədə saxlamağa kömək edə bilər.

* Bir çox qadınlar kofeinin qəbulundan imtina etdikdə döşlərindəki ağrı və xoşxassəli dəyişiklik simptomları zamanı da özlərini yaxşı hiss edirlər. Buna görə də qəhvənin, koka-kola kimi qazlı içkilərin, şokoladın, çayın və tərkibində kofein olan ağrıkəsici vasitələrin qəbulundan uzaq olmaq lazımdır.

* Özünüzə elə büstye seçin ki, döş liflərini ağrılı dartınmadan qoruya bilsin. Yadda saxlayın ki, plastik diyircəkli, qalın relyef tipli büstyelər döşləri zədələyir.

* Hamiləliyə qarşı hormonal preparatları yalnız həkimin göstərişinə əsasən qəbul edin.