“Həkimlə razılaşdıq”

“21 gün sonra çıxacağıma dair razılaşma imzaladıq. Əgər gəzə bilməsəm təzminat ödəyəcəklər”



ABŞ-da təhsil alan oğulu Engincan Uralın yanına gedən Sibel Can, Miamidə müalicə alan İbrahim Tatlısəsi də ziyarət etdi.

Tatlısəsdə Sibel Canla fotoşəkil çəkdirib, "Oy Miami Miami, Sibo sənə doyami” qeydiylə Instagramda pərəstişkarlarıyla paylaşdı. Onun kefinin yerində olduğu görüldü. Twitterdən də xəstəxana baxçasında çəkilmiş bir fotoşəkilini paylaşan Tatlısəs, "27 gün sonra ilk dəfə çölə çıxışım saqqallı maqallı” qeydini etdi.

Tatlısəs əvvəlki axşam ATV Ana xəbərə telefonla bağlandı. Əməliyyatının çətin keçdiyini, lakin sağlamlığının yaxşı olduğunu ifadə edən Tatlısəs, "Fənərbaxça” futbol komandasına edilən silahlı hücumu da qınadı. Əməliyyat əvvəli həkimlərlə bir razılaşma imzaladıqlarını ifadə edən Tatlısəs, "Buradan 21 gün sonra çıxacağıma dair razılaşma imzaladıq. Əgər gəzə bilməsəm təzminat ödəyəcəklər. Daha 13 günüm var. İndi araba ilə xəstəxana baxçasında gəzirəm” dedi. Tatlısəs, Türkiyəyə döndükdən sonra yeni bir albom çıxardacağını söylədi.