Həkimlər jurnalistə 72 saat vaxt qoyub - Dua edin !
07:39 05.02.2019
Arxiv
687
İnsult diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmiş jurnalist Natiq Qocamanın durumu ağır olaraq qalır. Jurnalistin həyat yoldaşı Könül Ayrapa bu barədə sosial şəbəkədə xəbər paylaşıb. K.Aypara səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edərək 1 saylı Klinik Tibbi Mərkəzdəki şəraitdən şikayət edib.
Qeyd edək ki, fevralın 1-i axşam saatlarında Natiq Qocaman insult diaqnozu ilə təcili tibbi yardım vasitəsi ilə 1 saylı Klinik Tibbi Mərkəz (Semaşko) xəstəxanasına yerləşdirilib. Ordakı şərait normal olmadığı üçün xəstə bir neçə saat sonra Mərkəzi Klinik Xəstəxanasına aparılıb.
N.Qocamanın həyat yoldaşı Könül Aypara vəziyyətinin bu qədər ağırlaşmasını «Semaşko» xəstəxanasındakı vəziyyətin bərbad olması ilə əlaqələndirir. Xanım jurnalist media vasitəsilə Səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edərək, 1 saylı Kliniki Tibbi Mərkəzdəki vəziyyəti nəzarətə götürməyi xahiş edib:
''Xəstəxanada iynəni yaş salfetlə vururdular. Etiraz edəndə isə deyirdilər ki, get hara istəyirsən, şikayət elə. Elə mən də nazirə şikayət edirəm və ümid edirəm ki, Oqtay Şirəliyev məsələ ilə bağlı müvafiq tədbir görəcək'' .
"BakuPost" xəbər verir ki, jurnalistin həyat yoldaşı Könül Aypara həkimlərin xəstəyə vaxt təyin etdiyini deyir: "Həkimlər 72 saat vaxt qoyublar. Dua edin... Sizdən istəyim budur. 72 saatdan asılıdır taleyimiz”.
Qeyd edək ki, Natiq Qocaman «Mediapress» informasiya agentliyinin baş redaktorudur, «Tərəqqi» medalı ilə təltif edilib. N.Qocaman uzun müddət "Oxu məni'' qəzetinin baş redaktoru vəzifəsində çalışıb.
Məlahət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət