Hər yerdə yatmaq yaponların bir xəstəliyidir

Yaponiya gündəlik həyatın çox sürətli olduğu bir ölkədir. İnsanların günləri iş və əyləncə fəaliyyətləriylə doludur. Bu səbəblə bir çox insan üçün yatmağa zaman qalmır.
Ancaq bu vəziyyət çox maraqlı bir nəticə doğurur. İnsanlar küçələrdə, metrolarda, ofisdə, məclisdə, hətta ayaqda, qısası hər yerdə yatır və kimsə bu vəziyyəti yadırğamır.
Əslində buna tam bir yuxu da deyə bilmərik. Yaponlar özlərinə xas bu yatmağa "inemuri" adını veriblər.