Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan universitetlərdə süni intellektdən istifadənin yaratdığı risklərə diqqət çəkib.
Sherg.az xəbər verir ki, Ərdoğan 2026–2027-ci tədris ilinin açılış mərasimində bildirib ki, süni intellektə çıxışın asanlaşması tələbələrin məlumatı müqayisə etmək, sorğulamaq və qiymətləndirmək bacarıqlarına təsir göstərə bilər.
O vurğulayıb ki, tələbə ilə akademik arasındakı münasibət yalnız bilik ötürülməsindən ibarət deyil, həm də elmi mədəniyyətin formalaşdırılmasıdır. “Əsas aktor insan olmazsa, ötürülən məlumat da qalıcı olmaz”, - deyə Ərdoğan qeyd edib.
Prezident universitetləri süni intellekt və yeni texnologiyaların yaratdığı dəyişikliklər üzərində daha dərindən düşünməyə çağırıb.