Hərbi blok dəstəyini artırır
08:11 04.04.2019
Arxiv
652
Gürcüstan addım-addım NATO üzvlüyünə yaxınlaşır
"NATO Gürcüstanda yerləşməyə başlayır”.
Bunu "Şərq”ə açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq NATO-nun önəmli qərarlar verdiyini bildirib. Ekspert vurğulayıb ki, hərbi alyans Polşada tikintisinə 260 milyon dollar xərcləyərək hərbi anbar tikəcək. Bu anbar ABŞ-ın Şərqi Avropadakı əməliyyatlarına dəstək məqsədilə tikiləcək:
"Polşa buna çoxdan çalışır. Çünki Varşava özünü Rusiya təhlükəsindən qorumaq istəyir. Polşa-Rusiya münasibətlərinin yaxın tarixi də bundan xəbər verir. Digər tərəfdən NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Şimali Atlantika Bloku Qara dənizdəki fəallığını artıracaq. Məqsəd Rusiyanın bu bölgədəki aqressiv hərəkətlərini önləməkdir.
Baş katib onu da əlavə edib ki, Şimali Atlantika Bloku Ukraynaya və Gürcüstana əməli dəstəyi artıracaq. Stoltenberq bunu belə izah edib: "Ukraynanın və Gürcüstanın hərbi hazırlıqlarını gücləndirəcəyik, o cümlədən bu iki ölkənin dəniz qüvvələrinin bacarıqlarının artırılmasına yardım edəcəyik”.
Ekspert vurğulayıb ki, beləliklə, Ukrayna və Gürcüstan addım-addım NATO üzvlüyünə yaxınlaşırlar:
"Hər iki dövlət Azərbaycanın strateji tərəfdaşlarıdır. Bu baxımdan Ukraynanın və Gürcüstanın NATO üzvlüyünə biz də hazırlaşmalıyıq ki, həmin gün yetişdikdə "nə edəcəyik” sualına qəfil yaxalanmayaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi