Həyat yoldaşı ilə 4 qızını öldürən kişi və oğlu ömürlük həbs cəzası aldı
16:59 18.09.2018
Arxiv
824
Lənkəran Ağır Cinayətlər Məhkəməsində 2014-cü ilin mart ayının 6-da yaşadıqları Salyan rayonunun "Zavod” məhəlləsindəki evlərində həyat yoldaşını və 4 qızını xüsusi amansızlıqla qətlə yetirən 64 yaşlı Fərhad Məhərrəm oğlu Əliyevə və oğlu 28 yaşlı Fəqan Fərhad oğlu Əliyevə hökm oxunub.
"Sherg.az" Virtualaz.org-a xəbər verir ki, Cinayət Məcəlləsinin 120.2.1-ci Maddəsi (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.7 Maddəsi ilə təqsirləndirilərək 5 nəfər ailə üzvünü qətlə yetirərək 4 ilə yaxın yaşadıqları evin yataq otağının zirzəmisində basdırmış hər iki şəxs ömürlük olaraq azadlıqdan məhrum edilib.
Xatırladaq ki, bu müdhiş cinayət hadisəsinin üstünün açılması barədə ilk məlumat ötən ilin dekabr ayında virtualaz.org saytında getmişdi. Belə ki, ötən ilin dekabr ayının 6-da Salyanda 3 il əvvəl itkin düşmüş ana və 4 qızının həyat yoldaşı tərəfindən qətlə yetirilərək yaşadıqları evdə basdırıldığı məlum olub. 2014-cü ildə Salyan şəhərinin "Zavod” məhəlləsində yaşayan 56 yaşlı Mehparə Nadir qızı Əliyeva dörd qızı - 32 yaşlı İradə, 19 yaşlı Rəqibə, 30 yaşlı Sevda və 26 yaşlı Ümidə ilə birlikdə itkin düşmüşdü. Ailənin başçısı Fərhad Məhərrəm oğlu Əliyevin içki düşkünü olması ucbatından yaşanan münaqişələrə görə qadının qızlarını götürərək Türkiyəyə getdiyi ehtimal olunsa da, onların Fərhad Əliyev tərəfindən öldürülərək oğlu Fəqanın köməkliyi ilə həyətlərində basdırıldığı məlum omuşdu.
Hadisənin açılmasına səbəb isə Xoşqədəm Hidayətqızının "Səni axtarıram” verilişində onlarla bağlı süjetin göstərilməsi olmuşdu. Belə ki, ana və qızlarının Türkiyəyə getməsi ehtimalının ictimailəşdirilməsini qeyrətsizlik kimi qəbul edən ata və oğul törətdikləri cinayəti etiraf etmişdilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət