
Heydər Əliyev Fondu Vyetnamda ibtidai məktəb açdı - FOTO
08:45 19.10.2018
Arxiv
354
17 oktyabr 2018-ci il tarixində Vyetnamın Ha Qianq əyalətinin Qiap Trunq qəsəbəsində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş ibtidai məktəbin açılış mərasimi keçirilib.
Modern.az-ın məlumatına görə, rəsmi açılış mərasimində Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı səfiri Anar İmanov və Ha Qianq əyaləti Xalq Komitəsi sədrinin müavini Tran Duç Quy, həmçinin əyalət rəsmiləri, məktəbin müəllim-şagird heyəti və qəsəbə icmasının digər nümayəndələri iştirak ediblər.
A.İmanov çıxışında Azərbaycanla Vyetnam arasında tarixən yaxın əlaqələrin mövcudluğunu xüsusi vurğulayaraq sözügedən məktəbin inşasının Azərbaycanın Vyetnamla münasibətlərə verdiyi əhəmiyyətin bariz təzahürü olduğunu bildirib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş bu layihənin qəsəbədə yaşayan uşaqların təhsil almaq imkanlarının əhəmiyyətli dərəcədə artıracağını bildirən səfir Fond tərəfindən indiyə gədər Azərbaycanda və bir sıra dost ölkələrdə çoxlu sayda sosial yönümlü layihələrin həyata keçirildiyini vurğulayıb.
Diplomat Azərbaycanla Vyetnam arasında ənənəvi dostluq əlaqələrinin bundan sonra da möhkəmlənib inkişaf edəcəyinə əminliyini ifadə edərək Heydər Əliyev Fondu haqqında dolğun məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Öz növbəsində, T.D.Quy çıxışında Vyetnam üçün son dərəcə çətin müharibə və müharibədən sonrakı zamanda ölkəsini güclü dəstəkləyənlər arasında Azərbaycan xalqının da olduğunu məmnunluqla bildirib. Həmçinin Ha Qianq əyalətinin ucqar dağlıq ərazisindəki qəsəbədə ibtidai məktəbin inşa edildiyinə görə Heydər Əliyev Fondunun timsalında bütün Azərbaycan xalqına dərin təşəkkürünü çatdırıb. O əlavə edib ki, tədris şəraitinin yaxşılaşdırılması ilə məktəbin şagirdləri yeni imkanlardan daha səmərəli şəkildə istifadə edərək Ha Qianq əyalətinin layiqli nümayəndələri olacaqlar. Eyni zamanda, T.D.Quy şagirdlərin yaradılmış bu şəraitdən tam şəkildə bəhrələnərək Azərbaycanın ali təhsil ocaqlarında təhsillərini davam etdirmək imkanına malik əldə olmaq üçün xarici dilləri də öyrənəcəklərini bildirib.
Tədbir şagirdlərin hazırladığı konsert proqramı ilə davam etdirilib.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm