Hindistanda qatar relsdən çıxıb: Ölənlərin sayı 120 nəfərə çatıb




Hindistanın şimalında Kanpur şəhəri yaxınlığında sərnişin qatarının 14 vaqonunun relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb.
APA-nın " Hindustan Times ” nəşrinə istinadən verdiyi məlumata görə, faciə məqamında qatarda 500-ə yaxın sərnişin olub.
Hazırda 116 cəsəd xilasedicilər tərəfindən vaqonlardan çıxarılıb. Vaqonların birində olan 4 cəsədin çıxarılması istiqamətində iş aparılır.