İstanbulda xəstəxananın damında yanğın - Xəstələr təxliyə edilir

Türkiyənin İstanbul şəhərində Kartal Koşuyolu Yüksək İxtisas Təhsil və Araşdırma Xəstəxanasının damında yanğın baş verib. Xəstələrin təxliyəsinə başlanılıb.

Sherg.az xəbər verir ki, hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadaları alovun söndürülməsi istiqamətində işləri davam etdirir.

Hadisə ilə bağlı ətraflı məlumatın daha sonra açıqlanacağı bildirilib.