Hollivudu qısqandıracaq performans...

Sərbəst idmançı Jason Paul, Almaniyada Hollivud ulduzlarını qısqandıracaq bir performans sərgilədi.
Münhen  hava limanında çəkilən 'Jason Paul üçün son çağırış' adlı videoda qabiliyyətlərini sərgiləyən Jason Paul, "Yeni şeylər sınamağı sevirəm" deyib.
Sərnişinlərin istifadə etdiyi körükdən metrlərlə uzaqlıqda olan təyyarənin içinə atlayan idmançı, məşhur hərəkət ulduzu Jackie Chandan ilham aldığını söyləyir. Paul, "Nümayişə hazırlaşarkən Chanın bütün filmlərini izlədim" deyir.