İcma rəhbərindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı araşdırmaya MÜNASİBƏT
17:16 04.02.2019
Arxiv
498
"Ermənistan-Azərbaycan münaqişəsinin regionumuz üçün törətdiyi ağır nəticələr hamıya məlumdur. İlk olaraq bunu Ermənistanın həyata keçirdiyi təcavüz və işğal siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin salınmış azərbaycanlı məcburi köçkünlər, o cümlədən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının üzvləri daha yaxından hiss edirlər. Biz inanırıq ki, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsilə regionda nəinki hərbi və siyasi təhlükəsizlik və stabillik bərpa olunardı, habelə regionun iqtisadi, humanitar və digər sahələrdə inkişafı istiqamətində daha böyük uğurlar əldə edilə bilər.
Bu müstəvidə, 2019-cu ilin yanvar ayında Brüsseldə aparılmış "Dağlıq Qarabağ münaqişəsinin həllinin Ermənistana və Azərbaycana iqtisadi təsiri” adlı araşdırmanın təqdimatı diqqətimizi cəlb edib. Sözügedən araşdırma mənzil-qərargahı Berlin şəhərində yerləşən "BE Berlin Economics GmbH" konsaltinq şirkəti tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanıb”.
"Sherg.az”xəbər verir ki, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev deyib.
"Araşdırmada vurğulanır ki, münaqişənin tam tənzimlənməsi sərhədlərin açılması, ticarətin yenidən bərpası, əməkdaşlıq potensialı, qaçqınlar və məcburi köçkünlərlə bağlı bütün məsələlərin həlli vasitəsilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına gətirib çıxaracaq. Xülasədə qeyd edilir ki, "Dağlıq Qarabağ münaqişəsinin həlli böyük iqtisadi faydalar gətirəcək və bu hər iki ölkənin iqtisadi marağındadır. Münaqişənin həllindən 10 il sonra hər iki ölkə daha yüksək inkişaf yolunda olacaq, eləcə də yaşayış standartları nəzərəçarpacaq dərəcədə təkmilləşəcək. Bu xüsusda, sülhün iqtisadi faydaları Dağlıq-Qarabağ münaqişəsinin daimi həllinin tapılmasının lehinə güclü dəlildir”. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması olaraq, biz də bu məntiqə şərik çıxdığımızı və məhz belə yanaşmanı dəstəklədiyimizi bildirmək istərdik. Münaqişənin həlli nəticəsində Ermənistan əhalisi regionda yaranacaq əməkdaşlıq imkanlarından faydalanmaq imkanları əldə edəcək. Azərbaycan tərəfi bunu dəfələrlə bəyan edib”, - T.Gəncəliyev əlavə edib.
İcma rəhbəri daha sonra deyib: "Regionda sülhün bərqərar olmasının gələcək üçün önəmli olduğuna diqqəti çəkərək biz münaqişənin həlli prosesində maraqlı tərəf olaraq Dağlıq Qarabağın erməni icması ilə konstruktiv dialoq aparmağa və təmas qurmağa hazır olduğumuzu və müxtəlif müstəvilərdə, o cümlədən iqtisadi və hümanitar əlaqələrin bərpa olunmasına öz töhfəmizi verməyə hazırıq.
Şübhəsiz ki, bunun üçün münaqişənin ədalətli həlli prosesi çərçivəsində Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı, məcburi köçkünlərin, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı əhalisinin öz doğma torpaqlarına – Dağlıq Qarabağa təhlükəsiz və ləyaqətli şəkildə qayıtması, mülkiyyət hüquqlarından istifadə olunması təmin olunmalıdır. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində yenidən sülh şəraitində birgə yaşamağa qadir olduqlarına inanır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi rayonlarda işıq olmayacaq
00:58 20.10.2026
Ölkə
Zəngilanın işğaldan azad edilməsindən 6 il ötür
00:17 20.10.2026
Tarix
Bu münaqişə bütün regiona mənfi təsir göstərir - Səfir
23:58 19.10.2026
Dünya
Sergen Yalçın Türkiyə millisinə rəhbərlik edəcək
22:59 19.10.2026
Futbol
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
22:44 19.10.2026
Siyasət
Husilər "Saudi Aramco"nun zavodlarına hücum etdilər
22:28 19.10.2026
Gündəm
Azərbaycanda satılan ən bahalı 5 avtomobil - Qiymətlər
21:23 19.10.2026
Maraqlı
Türkiyədə ehsan mərasimində 100-dən çox insan zəhərləndi
21:00 19.10.2026
Hadisə
Fransada gərginlik pik həddə: Küçəyə çıxmaq qadağan edildi
20:50 19.10.2026
Dünya
Sürixdən Şanxaya uçan təyyarə Bakıya məcburi eniş edib
20:42 19.10.2026
Hadisə
MHP-li deputat ağır qəzadan sonra xəstəxanadan evə buraxıldı
20:34 19.10.2026
Hadisə
Niko Kovaç: Biz açıq-aşkar favoritik
20:05 19.10.2026
Futbol
Pezeşkianı Moskvada gözləyirik - Lavrov
19:57 19.10.2026
Region
Rumıniyada məktəbdə bıçaqlı hücum olub, yaralılar var
19:29 19.10.2026
Dünya