İcra başçısının rəis qudası İŞDƏN ÇIXARILIB

Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətində idarə rəisi vəzifəsindən azad edilib.
Oxu.Az-ın məlumatına görə, Vergilər Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsi nəzdində İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsinin rəisi Razik Əhmədov tutduğu vəzifədən azad olunub. 
Qeyd edək ki, Unikal.org-un məlumatına görə Razik Əhmədov Qazax Rayon İcra başçısı Rəcəb Babaşovun qudasıdır.