II Avropa Oyunlarının tarixi dəqiqləşdi
08:34 25.05.2017
Arxiv
395
2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının tarixi və proqramı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, bu məsələlərə Avropa Olimpiya Komitəsinin Makedoniyanın paytaxtı Skopyedə baş tutan seminarında aydınlıq gəlib.
İyunun 21-də start veriləcək yarış 30-da başa çatacaq. Açılış və bağlanış mərasimləri Minskin "Dinamo” stadionunda keçiriləcək. Bəzi növlər üzrə yarışların rəsmi açılışdan 1 gün əvvəl, iyunun 20-də başlamasının mümkünlüyünə icazə verilib.
II Avropa Oyunlarının proqramına 16 idman növü daxil edilib. Bunlardan 11-i Tokio Yay Olimpiya Oyunlarına lisenziya və ya lisenziya xalları vermək baxımından əhəmiyyətli olacaq. Yalnız 5 növ – gimnastika, güləş, sambo, basketbolun 3X3 növü və çimərlik futbolu bu mənada fərqlənəcək. Son 3 növ Olimpiya proqramına daxil deyil.
Yarışların keçirilmə məkanları da dəqiqləşib. "Dinamo” stadionunda atletika, "Minsk Arena”da idman və bədii gimnastika, akrobatika və batutdan tullanma növləri üzrə yarışlar olacaq. Velosipedçilərin şosse mübarizəsi Minskin küçələrində, trek turniri isə "Minsk-Arena”da baş tutacaq. Bu idman qurğusu həmçinin badmintonçuların qüvvəsini sınaması üçün meydan olacaq. Basketbolun 3X3 növü üzrə yarış "Palova-Arena”da təşkil ediləcək. Boksçular "Uruçye” İdman Sarayında, güləş və samboçular "Çijovka-Arena”da güclərini yoxlayacaqlar. Çimərlik yarışları – futbol və voleybolu Olimpiya Kompleksində, karate və cüdo İdman Sarayında, atıcılıq "Sportinq Klub”da, avarçəkmə Zaslavldakı kanalda, stolüstü tennis "Falkon Klub”da olacaq. Kamandan oxatanlar isə "Minsk” klubunun futbol meydançasında mübarizə aparacaqlar.
Bakı-2015-lə müqayisədə aerobika, voleybol, su idman növləri (su polosu, üzgüçülük, sualtı üzgüçülük, sinxron üzgüçülük, suyatullanma), triatlon, qılıncoynatma, taekvondo və dağ velosipedi növləri üzrə yarışlar olmayacaq.
İdmançılar Tələbələr Kəndində məskunlaşacaqlar. Oyunlara 4000 idmançı və 2000 rəsmi şəxsin qatılacağı gözlənilir. Yarışın devizi "Bright You” (Parlaq Sən) olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Odessada növbəti partlayış baş verdi
05:35 29.09.2026
Gündəm
Skarlett Yohanson həyat yoldaşı ilə
04:14 29.09.2026
Şou
Xərçəng və diabetdən qorunmaq üçün Ulun çayı için
03:39 29.09.2026
Sağlamlıq
Viktor Orbanın sabiq nazirlərinə ağır zərbə
03:03 29.09.2026
Dünya
ABŞ bu ölkələrin rəsmilərinə məhdudiyyət tətbiq etdi
02:32 29.09.2026
Dünya
Tramp: ABŞ və İran arasında məsləhətləşmələr aparılıb
01:59 29.09.2026
Aktual
Zukerberq bir gündə 10,9 milyard dollar itirdi
01:17 29.09.2026
Texnologiya
Qeşm adasında partlayış baş verdi
00:54 29.09.2026
Gündəm
Səyyari: Amerika İranla nə edəcəyini bilmir
00:32 29.09.2026
Region
"Starship" kosmik gəmisi partladı
00:10 29.09.2026
Dünya
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
23:48 28.09.2026
İnfrastruktur
Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB
22:38 28.09.2026
Gündəm
Şahin Mustafayev iranlı nazirlə görüşüb
21:59 28.09.2026
Gündəm
Livan ABŞ ilə yenilənmiş tərəfdaşlığa ümid edir
21:46 28.09.2026
Dünya
Tramp İrana qarşı sanksiyaları yumşalda bilər
21:01 28.09.2026
Aktual
Odessaya gedən iki yük gəmisini vurduq - Rusiya MN
20:50 28.09.2026
Gündəm
FTB-nin direktor müavini istefa verdi
20:34 28.09.2026
Dünya