“Valideynin izahından belə anlaşılır ki, bu ailə daxilində anlaşılmazlıq var”
İki gənc qızın qaçması araşdırılacaq
10:37 17.06.2017
Arxiv
481
“Nikaha məcburetmə cinayət tərkibli əməl sayılır”
“Valideynin izahından belə anlaşılır ki, bu ailə daxilində anlaşılmazlıq var”
“Valideynin izahından belə anlaşılır ki, bu ailə daxilində anlaşılmazlıq var”
Şirvanda iki gənc qızın evdən qaçması olayına Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də diqqət ayırıb. Komitənin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova "Şərq”ə açıqlamasında baş vermiş hadisəyə iki prizmadan yanaşılmasının vacibliyini qeyd edib:
- Bu cür hallarda adətən 2 prizmadan yanaşılır. Geniş və dar çərçivə - ailə daxilində. Oxşar hallara hazırda ümumilikdə cəmiyyətdə rast gəlinir. Yeniyetmələrin evliliyə məcbur edilməsi tendensiyası müşahidə edilir. Dövlət qurumu olaraq üzərimizə düşən vəzifə qabaqlayıcı tədbirlər görməkdir. Bu məqsədlə komitə maarifləndirici işlərin aparılmasını vacib sayır və prosesə təcrübəli insanları, yaşlı nəslin nümayəndələrini cəlb edir. Uğurlu ailə modelləri nümunə olaraq seçilir. Psixoloqlar, din xadimləri də prosesə cəlb edilir. Komitə tərəfindən bölgələrdə ailə bayramları təşkil olunur. Komitə film festivalları da təşkil edib. Yerli rejissorların ailə dəyərləri ilə bağlı çəkdikləri filmlər nümayiş edilib. Bundan başqa, "Ailə akademiyası” layihəsinə də start verilib. Burada ailə planlaşdırmasından başlamış, ailə büdcəsi, uşaqların tərbiyəsi, ailədaxili münasibətlərlə bağlı həm paytaxtda, həm də regionlarda tədbirlər keçiriləcək.
Şirvanda baş vermiş hadisəyə gəlincə, A.Veysəlova komitənin məsələylə yaxından maraqlanacağını bildirdi:
- Çox güman ki, komitənin regional şöbəsinə bu hadisənin araşdırılması tapşırılacaq. Baş vermiş hadisələrə fərdi qaydada yanaşma da vacibdir. Hər ailə, hər ev bir qaladır. Orada nələr baş verdiyini öyrənmək o qədər də asan olmur. Valideynin izahından belə anlaşılır ki, bu ailə daxilində anlaşılmazlıq var. Həmçinin nikaha məcburetmə faktı da mövcuddur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, həmçinin Ailə Məcəlləsinə əsasən nikaha məcburetmə cinayət tərkibli əməl sayılır. Burada həm cərimə, həm də həbs cəzası nəzərdə tutulur. Valideyn bunu bilməlidir. Biz çalışırıq ailələrlə maarifləndirici söhbətlər aparanda bu məsələləri onlara izah edək. Onlara başa salmağa çalışırıq ki, insan nikaha hazır olmalıdır.
"Övladım 16-17 yaşına çatıb, deməli, onu evləndirə bilərəm” təfəkküründən qurtarmaq lazımdır. 16, 17 yaş hələ o demək deyil ki, şəxs evliliyə hazırdır. Hətta 18, 19, 20 yaşında da bir insanın evliliyə hazır olub-olmaması sual altına düşə bilər. Çünki nikah elə bir mərhələdir ki, buna orqanizm həm fiziki, həm də psixoloji cəhətdən hazır olmalıdır. Orqanizm fiziki, bioloji baxımdan yetişkin ola bilər, amma psixoloji cəhətdən hazır deyilsə, qurulacaq ailədə gərginliyin yaşanması istisna sayılmamalıdır. Komitəyə, xüsusilə gənc qızlar tərəfindən müraciətlər olur və bildirirlər ki, təhsillərini davam etdirmək istəyirlər, ancaq ailələri evlənmələrində israr edir. Dəfələrlə komitə işə qarışıb, valideynləri səhv addım atmaqdan çəkindirib. Valideynlərin səhvi bundadır ki, övladlarının evlənəcəyi təqdirdə problemlərin çözüləcəyini zənn edirlər; evlənər, ağıllanar, evlənər evinə, uşağına bağlanar. Bu, tamamilə səhv yanaşmadır. "Ağıllanacaq” gümanı ilə evləndirilənlərin sonradan daha ağır problemlər, ailə münaqişələri ilə üzləşməsi faktları heç də az deyil. Ona görə də komitə nikaha məcburetmələrə qarşı çıxır və bu məsələlərdə birbaşa valideynlərin məsuliyyət daşıdığını bildirir.
A.Veysəlova bildirdi ki, nikaha məcburetmələrə bütün bölgələrdə rast gəlinir. Ucqar kəndlərdə isə belə faktlar daha artıqdır.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İki Türkiyə nəhəngi Levandovski üçün qarşı-qarşıya gəldi
18:20 16.03.2026
Futbol
İspaniya Aİ-nin Hörmüz boğazındakı missiyasında iştirak etməyəcək
18:13 16.03.2026
Dünya
Aİ Çin və İran şirkətlərinə sanksiya tətbiq edib
18:05 16.03.2026
Gündəm
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib
18:02 16.03.2026
Ölkə
ABŞ Ordusu 12 ölkənin adını açıqladı - Siyahıda Azərbaycan da var
17:43 16.03.2026
Gündəm
Kobaxidze: Gürcüstan ATƏT-in tövsiyələrini nəzərə almayacaq
17:41 16.03.2026
Region
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm