İki nəfərin ölümündən xəbərsiz olan sürücü danışdı
12:20 12.05.2014
Arxiv
685
"Saranın ürəkkeçməsi var idi. Ona görə həyacanlı idim və nə etdiyimi bilmirdim”
Qəza nəticəsində iki nəfərin ölümünə, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev və xanımının xəstəxanaya düşməsinə bais olan Tural Rəhimovun vəziyyəti stabilləşib.
Tural Rəhimov 3 saylı şəhər xəstəxanasında olan "Axar.az”ın əməkdaşlarına bildirib ki, qəzaya səbəb avtomobilində olan Sara adlı şəxsin ürəkkeçməsidir:
"Babək prospektində "Koroğlu” metrostansiyasına qədər bizi üç polis maşını izləyirdi. Sara və Təbriz mənimlə bir maşında idilər. Saranın ürəkkeçməsi var idi. Ona görə həyacanlı idim və nə etdiyimi bilmirdim”.
Tural Rəhimov hazırda 3 saylı şəhər xəstəxanasının Travmotologiya şöbəsinin 318 nömrəli palatasında müalicə olunur. Onun üzündə və boynunda yara izləri var. Ağciyəri zədələnib və qarın nahiyəsindən əməliyyat olunub.
Tural Rəhimov avtomobilində olan Sara və Təbriz adlı şəxslərin dünyasını dəyişməsindən hələ də xəbərsizdir.
Qeyd edək ki, mayın 10-na keçən gecə Heydər Əliyev prospektində iki nəfərin ölümü ilə nəticələnmiş ağır yol qəzası baş verib. Tural Rəhimovun idarə etdiyi VAZ-2107 markalı 90 KC 023 dövlət nömrə nişanlı avtomobil Aeroport şosesi istiqamətində hərəkətdə olarkən qəfildən geriyə dönüş edib və Firdovsi Əliyevin idarə etdiyi "Lexus" markalı avtomobillə toqquşub.
Nəticədə VAZ-2107 markalı avtomobildə olan iki sərnişin dünyasını dəyişib, avtomobilin sürücüsü Tural Rəhimov, eləcə də, "Lexus"un sürücüsü Firdovsi Əliyev və onun həyat yoldaşı Arifə Əliyeva ağır bədən xəsarətləri alıblar.
Firdovsi Əliyev Ekologiya və Təbii Sərvətlər nazirinin birinci müavinidir.
- See more at: http://axar.az//news/17511#ad-image-2
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaraçuxurda güclü yanğın baş verib
20:48 24.06.2026
Hadisə
İranla danışıqlar iyunun 30-da davam etdiriləcək
20:35 24.06.2026
Gündəm
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya
Gəncə Birləşmiş Xəstəxananın direktoru vəzifəsindən azad edilib
18:31 24.06.2026
Cəmiyyət
Bakı onu Qırğızıstana təhvil verdi
18:04 24.06.2026
Hadisə
Prezident İlham Əliyev Məhəmməd Baqer Qalibafı qəbul edib
17:48 24.06.2026
Gündəm
Milli Məclis və TBMM sədrləri görüşüb
17:40 24.06.2026
Gündəm
"Əks qütblərin dostluğu" əsəri Nəcibə İlkinin təqdimatında...
17:11 24.06.2026
Ədəbiyyat
Ukrayna İranda saxlanılan 4 dənizçisini geri qaytardı
16:58 24.06.2026
Gündəm
Ceyhun Bayramov Polşaya işgüzar səfərə yola düşüb
16:47 24.06.2026
Gündəm