İki övladı Kürdə batan ataya HÖKM OXUNDU
12:12 18.06.2021
Arxiv
503
Bir neçə ay əvvəl Kürdə batan bacı-qardaşın atasına hökm oxunub.
Lent.az-ın əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sabirabad rayonu, Cəngan kənd sakini Şahin Hüseynli Cinayət Məcəlləsinin 4 maddəsi (narkotik vasitələrin becərilməsi, külli miqdarda narkotik əldə etmə, narkotik satma və soyuq silah saxlama) ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə, Ş.Hüseynlinin iki övladının bir neçə ay əvvəl Kür çayında bataraq faciəli şəkildə ölməsini yüngülləşdirici hal kimi nəzərə alıb.
Qeyd edək ki, bu ilin aprel ayında Sabirabad rayonunda baş verən faciə ilə bağlı məlumat yayılmışdı. Həmin məlumata görə, hadisə Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Kənd sakinləri - 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızı və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlu Kür çayında batıb.
Məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, 5 yaşlı Hüseyn Hüseynli sürüşərək çaya düşüb. Bu zaman onu xilas etmək istəyən bacısı, Məryəm Hüseynli özünü çaya atıb. Nəticədə onların hər ikisi boğularaq ölüb.
Xatırladaq ki, faciə yaşayan ailənin başçısı Şahin Hüseynli hadisədən bir müddət əvvəl həbs edilibmiş.
Çayda bataraq ölən Məryəm Hüseynli isə nişanlı olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm