İl boyu işlər görülməlidir
21:29 15.03.2018
Arxiv
882
Mart soyqırımı ilə bağlı xarici dillərdə kitablar nəşr olunmalıdır
Hər il mart ayının 31-i respublikamızda azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur. 100 il əvvəl - 1918-ci ilin martında daşnak-bolşevik birləşmələrinin törətdikləri amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların torpaqlarına yiyələnmək olub.
Soydaşlarımıza qarşı törədilən amansızlıqlarla bağlı hər il dövlət səviyyəsində tədbirlər, xüsusi konfranslar təşkil olunsa da, bununla kifayətlənmək olmaz. Tarixi yaddaşlarda yaşatmağın bir yolu da mənsub olduğu ölkənin kitablarında, dərsliklərində, ədəbiyyatında, küçələrində, düşüncələrdə yaşatmaqdır. Bu baxımdan Azərbaycanın tarix boyu ermənilər tərəfindən məruz qaldığı soyqırımın, zaman-zaman yaşadığı faciələri hər gün xatırlamağın bir yolu da tarixin əbədiləşdirilməsidir.
31 mart soyqırımının xarici ölkələrdə tanıdılması ilə bağlı fikirlərini "Şərq”lə bölüşən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri, tarix elmi üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı bildirib ki, xalqımıza qarşı törədilən amansız qətliamla bağlı müxtəlif dillərdə kitablar nəşr olunmalıdır:
"Ümummilli lider Heydər Əliyevin 1998-ci ilin mart ayındakı sərəncamından sonra azərbaycanlılara qarşı törədilən soyqırımla bağlı daha çox kitablar yazıldı. Mənim də Şamaxı soyqırımı və Qaradağlı faciəsi ilə bağlı kitabım var. Biz ilk növbədə bu əsərləri başqa dillərdə, xüsusilə ingilis və digər xarici dillərə tərcümə edib yaymalıyıq. Həmçinin diaspora və səfirliklərimiz də bu istiqamətdə çox böyük işlər görməlidir ki, dünya xalqları faciələrimiz və tariximizdən xəbərdar olsunlar. Son illər Xocalı ilə bağlı böyük işlər görüldü, Leyla Əliyevanın rəhbərliyi ilə Xocalını dünyaya tanıtma layihəsi təqdim olundu. Amma bu işlər mütəmadi getməlidir və biz bu işləri gördükcə Azərbaycanın dünya ölkələri ilə münasibətlərində, Azərbaycan haqqının tanınmasında çox müsbət rol oynayır. Düşünürəm ki, bu məsələ kampaniya xarakteri daşımamalıdır, il boyu bu işlər görülməlidir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə