İlahiyyat İnstitutunda yanvar ayının yekunları ilə bağlı iclas keçirilib
10:10 05.02.2019
Arxiv
269
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) cari tədris ilində noyabr ayının nəticələrinə həsr olunmuş növbəti iclasını keçirib.
Aİİ-dən Trend-ə verilən məlumata görə, institut rəhbərliyi və əməkdaşlarının iştirak etdiyi tədbirdə ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və gələcək perspektivləri müzakirə olunub.
Aİİ rektoru Ceyhun Məmmədov bildirib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına də xüsusi diqqət ayrılır. Rektor vurğulayıb ki, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Ölkə Prezidentinin sərəncamı əsasında Aİİ-nin təsis edilməsinin bu istiqamətdə atılmış ən vacib addımlardan biri olduğunu nəzərə çatdıran institut rəhbəri bu ali təhsil müəssisəsinin dövlətin xüsusi diqqət və qayğısı ilə tam əhatə olunduğunu bildirib.
İnstitutun məqsəd və hədəflərindən danışan C.Məmmədov imtahanların gedişatı, yekunları, növbəti semestrlə bağlı hazırlıqların aparılması, müəllimlərin işə qəbulu məsələlərindən bəhs edib.
Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov xarici universitetlərlə əlaqələrin qurulmasının, tələbələrin yay tətili zamanı xarici ölkələrdə təşkil ediləcək məktəblərdə iştirakı istiqamətində görülən işlərdən bəhs edib.
Ali tədris müəssisəsinin İlahiyyat fakültəsinin kafedra müdiri Mirniyaz Mürsəlov imtahanların nəticələri ilə bağlı məlumat verib. O, payız semestri zamanı görülən işlərdən, qarşıya çıxan problemlərdən və gələcəkdə həyata keçiriləcək tədbirlər haqqında məlumat verib.
Kafedra müdirləri Əhməd Niyazov, Elnurə Əzizova, İlkin Əlimuradov tədris prosesi, müəllimlərin fəaliyyəti, kitabların nəşri, elmi məqalələrin çap olunması haqqında görülən işlərd, həmçinin gələcəkdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri haqqında fikirlərini bölüşüblər.
İnstitutun Tədris şöbəsinin müdiri Zərifə Əliyeva imtahan prosesindəki yeniliklərdən, sessiya zamanı yaranan çatışmazlıqlardan, imtahanların nəticələrindən, Operativ Qərargaha daxil olan təklif və şikayətlərdən söz açıb.
Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova magistratura və doktoranturaya qəbulla bağlı məsələlərdən – doktoranturaya qəbul planı, proqramların hazırlanmasından bəhs edib.
Kadrlar şöbəsi və dəftərxana müdiri Yusif Əsgərov işə qəbul olma, işdən çıxma prosesi haqqında, dəftərxanada görülən işlər barədə ətraflı məlumat verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət