İlaxır çərşənbələrin sıralanması mübahisələr yaradıb
07:40 13.03.2018
Arxiv
1597
Xıdır Mikayılov: “Martın 20-si həftənin çərşənbə axşamıdır. Necə ola bilər ki, biz axır çərşənbəni yaz gəldikdən sonra qeyd edək?!”
Bu gün ilaxır çərşənbələrdən üçüncüsü - Yel çərşənbəsidir. Qəribədir ki, Novruz bayramını milli kökə bağlı hesab edən biz azərbaycanlılar ilaxır çərşənbələrin sıralanmasında ortaq məxrəcə gələ bilməmişik.
Çərşənbələrin ilk ikisi - su və od çərşənbəsi ilə bağlı fikir ayrılığı yoxdur. Amma elə ki, üçüncü çərşənbə yaxınlaşır, fikirlər haçalanır. Üçüncü çərşənbənin Yel, sonuncu - dördüncünün Torpaq çərşənbəsi olması fikrini qəbul etməyənlər, sıralanmada dördlə üçün yerini dəyişir.
"Torpağ”ı önə, "Yel”i sona keçirir. Özü də bu fikir ayrılığı folklorşünaslar, tarixçilər, ilahiyyatçılar, astrofiziklər arasında mövcuddur. Folklorşünaslar milli-adət ənənələrə, astrofiziklər astronomik əsaslara söykəndiklərini deyir.
İlaxır çərşənbələrlə bağlı mübahisələr azmış kimi, builki Novruz bayramında ilin axır çərşənbəsinin bayram günü ilə üst-üstə düşməsi də növbəti mübahisə yaradıb. Niyə ilin axır çərşənbəsi Novruz bayramı ilə üst-üstə düşür, nə səbəbə?
Bu suallara aydınlıq gətirmək üçün Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılova müraciət etdik.
X.Mikayılov "Şərq”ə açıqlamasında çərşənbələrin sıralanmasını da, axır çərşənbə ilə bayramın eyni günə düşməsinin səbəbini izah etdi:
- Bu il yaz fəsli yurdumuza martın 20-si Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq. Martın 20-si həftənin çərşənbə axşamıdır. Necə ola bilər ki, biz axır çərşənbəni yaz gəldikdən sonra qeyd edək?! Bu, məntiqsizdir. Məhz yazın gəlişi axşam saatlarında gerçəkləşəcəyindən bayram axşamı çərşənbə ilə üst-üstə düşür. Əgər yazın gəlişi səhər və ya günorta saatlarına təsadüf edəcək olsaydı, o zaman axır çərşənbə sabah (bu gün) - martın 13-ü qeyd ediləcəkdi, bayram axşamı da yazın gəlişi vaxtından asılı olaraq martın 20-si qeyd ediləcəkdi. Belə təsadüflər hər dəfə baş vermir. Sizə deyim ki, ilin axır çərşənbəsi ilə bayram axşamının üst-üstə düşməsi hadisəsi bir də 2035-ci ildə olacaq. Astrofiziklər bunu artıq hesablayıb. Astronomik yazın gəlişi Yer kürəsinin Günəş ətrafında dolanmasıyla bağlıdır. Həmin vaxt gecə-gündüz bərabərliyi baş verir. Günəşin göy ekvatorunu kəsməsi hadisəsi ildə iki dəfə olur; yaz və payız bərabərliyində. Yaz bərabərliyi martın 20-si 21-i, payız bərabərliyi isə sentyabrın 21-22-si.
X.Mikayılov çərşənbələrin sıralanmasındakı mübahisəli məqamlara da toxundu:
- Astronomlar məsələyə başqa cür yanaşır. Astronomların mülahizəsi budur ki, çərşənbələr dünyanın yaradılışı ilə bağlıdırsa, o zaman sıralanma belə olmalıdır: od, su, torpaq, yel. Çünki dünyanın yaradılışı məhz bu ardıcıllıqla baş verib. Birinci yerin tərki, mantiya - od yaranıb. Sonra su. İlk canlılar suda yaranıb. Daha sonra vulkanik proseslər gedib, torpaq intişar tapıb. Ən sonda isə atmosfer - hava - yel yaranıb. Folklorşünaslar isə fərqli düşüncədədir. Hesab edirəm ki, biz bir yerə toplaşıb, bu mübahisələri aradan qaldıra bilərik. Ortaq məxrəcə niyə gəlməyək ki?!
"Ümumiyyətlə, torpağın oyanması” ifadəsi elmi əsasa söykənirmi” sualına gəldikdə X.Mikayılov bunları bildirdi:
- Yanvarın 3-dən 5-nə kimi torpaqda soyuma prosesi gedir. Halbuki həmin günlərdə Yer Günəşə ən yaxın nöqtədə olur. Amma torpaqda soyuma gedir. Sonrakı iki həftədə durğunluq yaşanır. Eyni temperatur olur. Yanvarın sonlarından isə torpaqda oyanma, isinmə başlayır. Fikir vermisinizsə, bəzi bölgələrdə "yalançı çərşənbə”lər qeyd edilir. Bu, artıq fevral ayına təsadüf edir.
X.Mikayılov çərşənbələrə aid ritualların getdikcə unudulduğunu da təəssüflə qeyd etdi:
- Biz uşaq olanda, dəridən papaq düzəldib başımıza qoyardıq, qonşu kəndlərə gedib "kosa-kosa” oynayardıq. Evlərə torba atardıq. İndi bu adətlər artıq aradan qalxmaq üzrədir. Çərşənbələrin dördündə də eyni rituallar, ayinlər həyata keçirilir. Tonqal qalayırlar, üzərindən atlanırlar, qurtardı. Halbuki hər çərşənbənin daşıdığı məna ilə bağlı özünəməxsus ayinləri, adətləri var. İndi o adətləri yerinə yetirənlər çox azdır.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya