Vüqar Bayramov: “Layihənin qəbul edilməsini və icrasına ciddi nəzarət edilməsini vacib hesab edirəm”
İllərdir borcları var...
20:10 20.12.2016
Arxiv
498
Vergi amnistiyası sahibkarlığın inkişafında dönüş yaradacaq
Vüqar Bayramov: “Layihənin qəbul edilməsini və icrasına ciddi nəzarət edilməsini vacib hesab edirəm”
Vüqar Bayramov: “Layihənin qəbul edilməsini və icrasına ciddi nəzarət edilməsini vacib hesab edirəm”
Azərbaycanda vergi amnistiyası elan olun bilər. Ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisə daxil olub. Və "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsi dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunub.
Sənədə əsasən, vergi amnistiyası 2017-ci il yanvarın 1-dək vergi borcu olan hüquqi və fiziki şəxslərə şamil olunacaq. Belə ki, qeyd edilən dövrədək vergi borcu olan şəxslər 2017-ci ilin yanvar ayında borcunun 30 faizini, fevral ayında 50 faizini, mart ayında isə 70 faizini ödəyərsə, borcun qalıq hissəsi amnistiya olunacaq.
"Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsini dəyərləndirən İqtisadi Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı-ekspert Vüqar Bayramov vergi amnistiyasının tətbiq olunmasını vacib hesab edir. Ekspertin fikrincə, vergi amnistiyasının tətbiqi ölkədə sahibkarlığın inkişafında dönüş yarada bilər:
"Ölkədə bir çox sahibkarların illərdir vergi borcları var. Həmin borclara faizlər hesablanır. Amma sahibkarların bu borcu qaytarmaq imkanı yoxdur. Belə olan halda sahibkar öz fəaliyyətini genşləndirə bilmir, digər tərəfdən büdcə üçün nəzərdə tutulan vəsaiti onlardan almaq mümkün olmur. Odur ki, vergi borclarının strukturuna baxıb, geri qaytarıla bilməyən kreditlər, borclarla bağlı amnistiyaya ehtiyac var”. Hələ 2010-11-ci illərdə maliyyə və vergi amnistiyasının verilməsi təklifini irəli sürdüyünü vurğulayan ekspertin sözlərinə görə, amnistiyanın verilməsi vergi borclarının strukturunun təzələnməsinə imkan verəcək: "Amnistiya verildikdən sonra sahibkarların işinə mane olan vergi borcları silinəcək və onlar öz fəaliyyətlərini genişləndirmək, bir sözlə, rahat nəfəs almaq imkanı əldə edəcəklər. Sahibkarlığın inkişafı üçün bunu dəstək kimi qiymətləndirmək də olar. Sahibkarların ödəyə bilmədikləri vergi öhdəliklərinin aradan qaldırılması, silinməsi onların yükünün azalmasına gətirib çıxaracaq. Bu baxımdan, layihənin qəbul edilməsini və icrasına ciddi nəzarət edilməsini vacib hesab edirəm”.
V.Bayramov deyib ki, amnistiya çərçivəsində kağız üzərində olan və "ölmüş” hesab olunan borcların ləğv olunması, fəaliyyətini bərpa edən sahibkarların bundan sonra dövlət büdcəsinə ödəniş etmələri məqsədəuyğundur:
"Vergi amnistiyasının tətbiqi dövlət büdcəsinə daxilolmalara da müsbət təsir edəcək. Bundan başqa vergi amnistiyasının verilməsi sahibkara, dövlətə və vergi orqanlarının fəaliyyətinə də müsbət təsir edəcək. Bu layihənin qəbul olunacağı halda büdcəyə mənfi təsir edəcəyini güman etmirəm. Onsuz da artıq həmin borclar yığılmışdı və bundan sonra da "ölmüş” hesab olunan borcları büdcəyə qaytarmaq mümkün olmayacaqdı”.
Bu layihənin mətbuatda vergi amnistiyası kimi təqdim olunmasının doğru olmadığını vurğulayan İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Qalib Toğrul amnistiyanın daha geniş anlayış olduğunu deyib:
"Vergi amnistiyası təkcə vergi orqanları tərəfindən aşkara çıxarılan vergidən yayınmalara tətbiq olunmur. Eyni zamanda, aşkara çıxarılmayan gəlirlərə tətbiq olunur. Yəni amnistiya "kölgə iqtisadiyyatı”nda qazanılan gəlirlərdən də istifadə hüququ yaradır. Milli Məclisə təqdim olunan layihədə isə ancaq rəsmi şəkildə aşkara çıxarılan vergi yayınmalarından və məhkəmə tərəfindən tətbiq olunan vergi borclarından söhbət gedir. Bu isə vergi amnistiyası deyil. Sadəcə olaraq hökumət iqtisadi böhranla əlaqədar vergi borclarının mərhələli şəkildə ödənməsinə şərait yaradır. Layihədə də qeyd olunduğu kimi yanvar ayında borcunu ödəyənlər gəlirlərinin çox, mart ayında ödəyənlər isə borclarının daha az hissəsini büdcəyə ödəyəcəklər. Burada əsas məqsəd isə ilin əvvəlində yaranan iqtisadi durğunluğu aradan qaldırmaqdır. Yəni hökumətin əsas məqsədi çox güman ki, büdcəni doldurmaqdır. Əgər amnistiya uğurlu olarsa, o zaman qısamüddətli dövrdə vergi ödəmələrinin artımının şahidi olacağıq”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çexiyanın Vltava və Elba çaylarında suyun səviyyəsi kəskin enib
03:59 08.10.2026
Ekologiya
Həmzət ona 1 milyon təklif etdi: Yeri de, döyüşək!
03:23 08.10.2026
İdman
Ağ Ev Pentaqona İrana zərbələrlə bağlı tapşırıq verdi
02:46 08.10.2026
Son dəqiqə
Tramp FTB-ni həyat yoldaşı və oğlunu izləməkdə ittiham edib
01:21 08.10.2026
Aktual
Qətər sahillərində tankerə zərbə endirildi
00:59 08.10.2026
Gündəm
KİV: İran və ABŞ arasında vasitəçilik səyləri dalana dirənib
00:20 08.10.2026
Aktual
Əgər mənə Nobel mükafatını verməsələr... - Tramp
22:39 07.10.2026
Dünya
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
22:02 07.10.2026
Hadisə
Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq
21:37 07.10.2026
Cəmiyyət
Litva Kalininqrad sərhədinə ordu yerləşdirmək istəyir
21:20 07.10.2026
Dünya
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:40 07.10.2026
Hadisə
Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
20:31 07.10.2026
Sosial
Prezident Messidən danışdı: İnanılmazdır!
20:23 07.10.2026
Futbol
Zelim Tçkayev: Rəqibim güclü idi, heç bir bəhanə yoxdur
20:12 07.10.2026
İdman
Rusiya Çerniqova hücum etdi: 18 ölü, 55 yaralı
20:04 07.10.2026
Gündəm