İngiltərədəki partlayışda terrorçuya polis "KÖMƏK EDİB" - VİDEO




Paris və Brüsseldəki İŞİD terrorlarından sonra təhlükəsizlik tədbirlərinin artırıldığı İngiltərədə edilən təlim əməliyyatları Mançester Arenanın qana bulayan terroristə şans yaradıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, terror hadisələrinə görə tez-tez təlimlər keçirən ingilis polisi İŞİD terrorçularına "yol göstərib". Polisin bir təlimində alış-veriş mərkəzinə bombalı hücum etməyə çalışan terrorçunu zərərsizləşdirə bilmişdilər.

2 gün əvvəl "Mançester Arena"da baş verən terror hücumu da eyni ilə keçirilən təlimi xatırladıb. Giriş qapısının qarşısında özünü partladan "canlı bomba" 22 insanın ölümünə 59-dan çox şəxsin isə yaralanmağına səbəb olmuşdu.

Təlim keçirilməyinə baxmayaraq təhlükəsizlik tədbirlərinin zəifliyi ölkə gündəmini zəbt edib. Şahidlərin ifadələri də İngiltərə polisinin bacarıqsızlığını bir daha ortaya çıxarıb.