İnsan alveri ilə məşğul olan üç cinayətkar qrup zərərsizləşdirilib - RƏSMİ
11:54 23.04.2021
Arxiv
396
İnsan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə cəlb olunması sahəsində əməliyyat-axtarış tədbirləri səmərəli olub.
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisdə insan alverinə qarşı mübarizə üzrə illik hesabatın dinlənməsi zamanı Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov deyib.
Onun sözlərinə görə, nəticədə insan alveri üzrə 155, insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 40 cinayət aşkarlanıb:
“2019-cu illə müqayisədə sözügedən hüquqazidd əməllərin sayı 14 fakt və 7,5 faiz artıb. Məcburi əmək cinayətlərinin hamısı, insan alveri cinayətlərinin isə 98 faizinin üstü açılıb, onları törətmiş yeddi nəfərdən ibarət üç cinayətkar qrup zərərsizləşdirilib. Həmin əməllərə görə başlanmış cinayət işləri üzrə 20 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin sayının aşkarlanmış faktlara nisbətdə az olması bir insan alverçisinin bir neçə qurbanı istismar etməsindən irəli gəlir”.
O əlavə edib ki, axtarışda olan 23 təqsirləndirilən şəxsdən 10-u tutulub, xarici dövlətlərdə gizlənən 13 nəfərin aşkarlanıb ölkəyə gətirilməsi üzrə lazımı tədbirlər görülüb:
“Məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 15 nəfərdən 12-si azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, iki nəfər şərti cəza alıb, bir nəfərin cəzası təxirə salınıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm