İnsanlar görüb, polis çağırdı

Dilənmək istəməyən qardaşını ağaca bağlayıb, döydü
Adanada 15 yaşlı Suriyalı gənc, qırmızı işıqforda dilənməyi rədd edən 10 yaşlı qardaşını iplə ağaca bağlayıb döydü. Vəziyyəti fərq edən vətəndaşlar kiçik uşağı böyük qardaşının əlindən qurtarıb, polisə təhvil verdi.
Böyükşəhər Bələdiyyəsi Evləndirmə Dairəsində vəzifəli xüsusi təhlükəsizlik işçiləri, Füzuli prospektindəki işıqforda dilənən və adları məlum olmayan iki suriyalı qardaşdan kiçik olanı biləyindən iplə ağaca bağlı halda olduğunu, böyük qardaşının döydüyünü gördü. Xüsusi təhlükəsizlik işçiləri ilə Evləndirmə Dairəsində vəzifəli məmurlar uşaqlara müdaxilə etdi. Kiçik qardaşı bağlı olduğu ağacdan qurtaran vəzifəlilər, polisə xəbər verdi. Hadisə yerinə gələn polis qrupu, apardığı ilk dialoqda, böyük qardaşı işıqforda dilənməyən qardaşını cəzalandırmaq üçün ağaca bağlayıb, döydüyü öyrənildi. Ancaq zarafatlaşdıqlarını söyləyən qardaşlar bir-birlərindən şikayətçi olmadığına görə sərbəst buraxıldı.