"İnsanlar ünvanlı sosial yardımla yox, iş yerləri ilə təmin olunmaldır"
10:30 15.11.2017
Arxiv
845
Vahid Əhmədov: "İnsanların məşğulluğu təmin edilərsə, ünvanlı sosial yardıma ehtiyac qalmaz"
"Ünvanlı sosial yardım insanlarda ələbaxanlıq yaradır”.
Bu barədə "Sherg.az”a yaxın 6-7 il ərzində ünvanlı sosial yardımın ləğv edilməsi məsələsinə münasibət bildirərkən iqtisadçı - deputat Vahid Əhmədov bildirib.
O qeyd edib ki, insanların iş yerləri ilə təmin olunmasına daha çox çalışmalıyıq:
"İnsanların məşğulluğu təmin edilərsə, ünvanlı sosial yardıma ehtiyac qalmaz. Azərbaycanda hazırda buna ehtiyac qalmaqdadır. Ona görə də ehtiyac meyarı müəyyən edilib. Lakin dövlət başçısı tərəfindən irəli sürülən xüsusi proqram bunun aradan qaldırılmasını nəzərdə tutur. 6-7, bəlkə də 10 ilə ünvanlı sosial yardım aradan qaldırılacaq.
Özünü məşğulluq fondu tərəfindən ailələrə təklif olunur ki, vəsait ayrılsın, ticarətlə, bizneslə, kənd təsərrüfatı ilə məşğul olmaq istəyənlərə şərait yaradılsın. Seçilən iş insanlara təhvil verilir, nəticədə həmin sahə gəlir gətirirsə, ailələri ünvanlı sosial yardım alanlar siyahısından çıxarırlar.
Bu barədə praktika da mövcuddur. Göyçay və digər rayonlarda ölkə başçısının ayırdığı vəsait hesabına təklif işlənir. Bu, normal vəziyyətdir, bir sıra dövlətlərdə də mövcuddur. Ölkəmizdə həmin təcrübənin tətbiq edilməsi insanların işə daha çox meylli olmasına səbəb ola bilər”.
Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bununla bağlı ünvanlı sosial yardımlar alan ailələr üçün özünüməşğulluq proqramlarının icrasına başlanıldığını deyib. Nazirin sözlərinə görə, bu proqramların icrası məqsədilə ötən il özünüməşğulluq sisteminə keçidlə bağlı proqramların icrasına 6 milyon manat ayrılmışdı və bu proqramların icrası 8 minə yaxın insanı əhatə edib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə