"İnsanların yaxşı yaşaması və onlara dövlət dəstəyinin göstərilməsi prioritet istiqamətdir"- Ekspert

" Prezident "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” Sərəncamı bu kateqoriyadan olan ailələrə sevinc bəxş edəcək".
Bu sözləri "Sherg.az"a iqtisadçı-ekspert Fuad İbrahimov bildirib. 
Ekspert qeyd edib ki, bu addımın Yeni il və Dünya Azərbaycanılıllarının Həmrəylik günü ərəfəsinə təsadüf etməsi isə lap yaxşı hal oldu:
"Ümumiyyətlə, bu sərəncamı ünvanlı dövlət sosial yardımı proqramını stimullaşdıran bir qərar kimi qiymətləndirmək olar. Adətən bu qəbildən olan proqramlar hər hansı bir dövlətlərdə mövcuddursa, o problemlərin aradan qaldırılması siyasətinin prioritet olmasına dəlalət edir.
Ümumiyyətlə, bu kimi addımlar Azərbaycanda sosial yönümlü siyasətin inkişafı və insanların sosial müdafiəsinin gücləndirilməsinin prioritet olduğunu aydınca ortyaya qoyur. Həyata keçirilən islahatlar sosial sahədə də özünün müsbət təsirlərini göstərib.
Pensiyaçıların və digər sosial qrupların sosial müdafiəsinin gücləndirilməsi, maaşların davamlı artımı, tələbələrin təqaüdlərinin artırılması, təhsil, səhiyyə və mədəniyyət işçilərinə dövlət qayğısının artırılması, məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması, əlillərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılıması istiqamətində işlər davam etdirilir. 
Ölkə iqtisadiyyatında iqtisadi göstəricilərlə yanaşı, həm də sosial sahədə müsbət artım meylləri ilə müşahidə olunub. Hər il olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir və beləliklə bu, bilavasitə insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir. İnsanların daha da yaxşı yaşaması və onların illik gəlirlərinin artmasına dövlət dəstəyinin gücləndirilməsi hökumətin diqqət yetirdiyi əsas prioritetlərdən biridir. 
Dövlət başçısının qeyd etdiyi kimi respublikamızın maliyyə resurslarının və büdcə gəlirlərinin artması davam etdikcə, sosial sahəyə ayrılan vəsaitlərin həcmi də artacaq, maaş və pensiyaların, təqaüdlərin qaldırılması və mükafatların ayrılması siyasəti davam etdiriləcək".
Ayyət Əhməd