İqtisadçının iddiasına DİM-dən cavab: “Xaricdə təhsillə bağlı bir qayda... ”
07:56 03.05.2019
Arxiv
826
Ötənlərdə iqtisadçı-ekspert Qadir İbrahimli Feysbuk hesabında Türkiyədə təhsillə bağlı maraqlı məsələyə toxunub. Ekspert Türkiyə universitetlərinə hazırlaşan abituriyentlərin Dövlət İmtahan Mərkəzinin (DİM) qəbul imtahanlarında iştirak etmələrini anlamadığını qeyd edib.
"Özü də o halda ki, DİM-dəki imtahanların nəticələri Türkiyə universitetlərinə qəbulda heç bir əlavə dividend vəd etmir, hətta sıfır bal toplasan belə (nəzrəri baxımdan), Türkiyə universitetlərinə qəbulda topladığın bal əsas götürülür.
Digər məntiqə sığmayan şərt-Türkiyənin ən nüfuzlu universitetini bitirsən belə, DİM imtahanında ən azı 200 bal yığmadığına görə, Azərbaycanda ixtisasın üzrə işləyə bilməzsən.
Düzdür, 200 bal yığmaq problem deyil, ancaq belə mənasız şərtə nə ehtiyac var? Türkiyədə ali məktəbə qəbulda riyaziyyat və məntiqdən imtahan verirlər. Azərbaycanda isə fərqli sistemdir - yəni hər qrupun öz imtahanları var. Türkiyədə oxumaq istəyən abituriyent təbii ki, bu ölkənin qaydalarına uyğun hazırlaşır. Niyə görə abituriyent eyni vaxtda həm Türkiyə, həm də Azərbaycan variantına görə, imtahanlara cəlb edilməlidir. Abituriyentin izafi yüklənməsi kimə və nəyə lazımdır?
Məsələyə aydınlıq gətirən DİM-in mətbuat katibi Xanlar Xanlarzadə "Sherg.az”a bildirib ki, DİM xaricdə təhsil məsələləri ilə məşğul olmur:
"Universitetlərin hansı qaydalarla ali təhsil müəssisələrinə qəbul prosesini aparması, hansı sənədlərin tələb olunması DİM-in fəaliyyətinə aid deyil. Bu məsələlərə Təhsil Nazirliyi baxır. DİM yalnız Azərbaycanda yerləşən ali təhsil müəssisələrinə tələbə qəbulunu həyata keçirir. Xaricdə təhsillə bağlı hər hansı bir qaydanın müəyyən olunması DİM-in səlahiyyətlərinə aid olan məsələ deyil”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol