İradə Türkiyədəki terrordan sonra qorxur: "Buralardan getmək istəyirəm"
17:16 13.12.2016
Arxiv
678
"Hər gün gözümü açıb uşaq ölümü, heyvanlara təcavüz, bombaların partlaması haqda xəbər oxumaqdan yoruldum. Hər şeyi atıb buralardan getmək istəyirəm. Amma bu da çarə deyil”.
Bu sözləri Axşam.az-a açıqlamasında Türkiyədə yaşayan müğənni İradə İbrahimova deyib. Sənətçi son günlər İstanbulda baş verən terror haqda danışıb. O bildirib ki, hər gün həyəcan içində yaşayırlar:
"Hamı buranı tərk edib getsə, nə olacaq? Vətənə kim sahib çıxacaq? Çox pis haldı, insan həyatdan küsür. Özümdən çox övladlarımı, dünyaya gələcək uşaqları düşünürəm. Bunların sonu nə olacaq? Terrorun ziyanını adi insanlar, körpələr çəkir. Biz övladlarımız üçün yaşayırıq, onlara gələcək qurmağa çalışırıq. Bu terrorla onlara hansı gələcəyi qoyub gedəcəyik? Bu, insanlıq deyil, Türkiyənin inkişafına mane olmaq istəyirlər. Uşaqlarımın təhlükəsizliyi üçün bəlkə çıxıb gedərəm. Amma sonra düşünürəm ki, asan deyil. Həyat yoldaşım burada özü üçün iş qurub, övladlarımın məktəbi var. Yaşayış tərzimizi necə ataq?”.
İ.İbrahimova küçədə çox qalmamağa çalışdıqlarını söyləyib: "Səhər həyəcanla oyanırıq ki, bu gün də yenə nəsə partlayacaq, ya partladı, neçə şəhid verəcəyik, nə olacaq? Ümid edirəm ki, bu problemlər 2016-cı ildə qalacaq. 2017-ci il hamı üçün problemsiz keçəcək. Dünyanın hər yerində terror var. Allah türkü qorusun. Ümidimiz odur ki, xain insanlar bu işlərdən uzaqlaşarlar. Qorxu, şübhə içində yaşamaq qədər pis bir şey yoxdu. Bakıda nə gözəl yaşayırdıq, heç bir narahatlıq yox idi. Düzdür, cəbhə bölgəsində döyüş davam edir. Amma metroya düşəndə qorxmurduq. Burada isə maşınla gedəndə, liftə minəndə, kimisə görəndə həyəcanla baxırsan ki, terrorçu olar. Alış-veriş mərkəzinə girəndə, həyəcanla tez işini görüb qaçırsan ki, partlayış baş verər. İnşallah, buralardan qaçıb getmək durumunda qalmarıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region