İran ABŞ-ın tələbini rədd edib




Tehran Vaşinqtonun İranda həbsdə olan amerika vətəndaşının azadlığa buraxılmasına dair tələbini rədd edib. 

Sherg.az "Lemonde.fr"ə istinadən xəbər verir ki, məlum qarşıdurma ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etməsinə səbəb olub. 

İran tərəfi isə bu həbsdə heç bir hüquqi pozuntu olmadığını iddia edir. Və həmin şəxsin İrana məxsus kəşfiyyat xarakterli xəbərləri sızdırmaqda, bir sözlə casusluqda ittiham edir. 

Qeyd edək ki, bu günlərdə ABŞ vətəndaşı Siyue Vana İranda məhkəmə qurulub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib. ABŞ-ın yeni prezident Tramp İrandan 10 ildən artqdır, saxlanılan Robert Levinsonun evə qaytarılmasını, eləcə də Obama administrasiyası zamanı saxlanılmış Siamak və Baker Namazilərin, ədalətsiz olaraq həbs edilmiş bütün ABŞ-lıların azad olunmasını tələb edir.
Məlumat üçün bildirək ki, İran məhkəməsi S.Vanı İranda ABŞ-ın göstərişi ilə məlumat toplayıb xaricə ötürməkdə günahlandırır. 


Tərcümə etdi: Ayyət ƏHMƏD