İran ballistik raket istehsalını 3 dəfə artırıb - Generaldan açıqlama

İran ballistik raket silahlarının istehsalını 3 dəfə artırıb. 
"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki. bu barədə İran İnqilab Gözətçiləri genaralı Əmir Əli Hacızadə bildirib. 
O qeyd edib ki, İran hökuməti, parlamenti və ayrı-ayrı yüksək rütbəli şəxslər bu təşəbbüsə razılıq ifadə ediblər. 
Qeyd edək ki, martın 5-də Fransanın xarici işlər naziri Jan İv Lö Dianın Tehrana çox həssas səfəri baş tutub. Səfər çərcivəsində İranın nüvə proqramı ilə bağlı razılığın əldə olunması və Yaxın Şərqdəki müxtəlif münaqişə ocaqları və başqa məsələlər müzakirə olunub. 
İran rəsmiləri Fransanın XİN başçısına İranın ballistik raket proqramının müzakirəyə çıxarılmaz mövzu olduğunu söyləyiblər.
Tərcümə etdi: Ayyət Əhməd