İran Suriya ərazisini bombaladı




İran İslam İnqilabı Keçikçiləri Korpusu (SEPAH) İŞİD terrorçuların Suriyadakı bazalarına raket zərbələri endirib.
APA-nın xəbərinə görə, bu barədə "Tasnim” agentliyi məlumat verib.
Məlumata görə, terrorçuların Suriyanın şərqindəki mövqeləri orta mənzilli ballistik raketlərlə atəşə tutulub. Zərbələrin Tehrana edilən hücuma cavab olaraq endirildiyi qeyd olunur.