İran və Rusiya yolu bağlanır
20:15 09.03.2016
Arxiv
787
Ermənilərin iki ümidi də puç oldu
Bu gün Rusiya Prezidenti Vladimir Putin Moskvada ermənistanlı həmkarı Serj Sarkisyanla görüşəcək. Məlumata görə, danışıqlar zamanı ticarət-investisiya, enerji və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın əsas mövzularının, eləcə də Avrasiya məkanında inteqrasiya proseslərinin inkişaf perspektivlərinin müzakirəsi planlaşdırılır. Bundan başqa, liderlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələlərinə diqqət ayıracaqlar.
Görüşün gizlinlərini şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu "Şərq”ə söyləyib ki, bu səfərin iki məqsədi var. Birincisi, şikayət etmək, ikincisi isə dilənməkdir: "Səfərdən öncə Ermənistanın XİN başçısı Edvard Nalbandyanın "Rus Kommersant” qəzetinə verdiyi müsahibəni oxudum. Düzdü, şikayətlərini dilə gətirmirlər. Çünki ağalarına şikayət edə bilməzlər. Amma dolayısı ilə Putinə çatdırırlar ki, sizin strateji müttəfiqinizik. Siz isə Azərbaycana da müasir silahlar satırsınız. Həmin silahlardan Bakı İrəvana qarşı istifadə edir. Anlamırlar ki, Azərbaycan Ermənistandan fərqli olaraq onları pulla alır. İrəvana isə kreditlə verilən silahlar əslində bəxşişdir. Yəni Moskvaya şikayətlərini çatdırırlar ki, bölgədə balans pozulur. Rusiya isə buna məhəl qoymadan öz siyasətini yürüdür. Ona görə ki, Moskva heç
zaman Ermənistana görə Azərbaycanla əməkdaşlıqdan imtina edə bilməz. Azərbaycanla hərbi əməkdaşlıq Rusiya büdcəsinə 3-4 milyard dollar gəlir gətirib”.
S.Sarkisyanın dilənmə səbəbinə gəlincə, ekspert söyləyib ki, Ermənistan iqtisadiyyatı Rusiyadan tamamilə asılıdır: "Yəqin yenə də kreditə ehtiyacları var. Ermənistan iqtisadiyyatı çox bərbad haldadır. Xarici borcları həddən çox artıb. Yəqin görüşdə Sarkisyan bu məsələni də qaldıracaq”.
Mərkəz rəhbərinin qənaətincə, bölgədə Rusiya ilə İran əməkdaşlığının genişlənməsi Ermənistanı çox narahat edir: "Ermənistanın iki ümidi vardı. Onun da heç biri gerçəkləşmədi. Birinci ümid o idi ki, Rusiya-İran arasındakı dəmiryol xətti Ermənistandan keçsin. Bu alınmadı. Azərbaycan Prezidenti İlham Əliyev İranda səfərdə olarkən bu gözləntinin üstündən xətt çəkdi. Razılaşma əldə olundu və Azərbaycan dövlət başçısı bildirdi ki, Azərbaycan tərəfdə artıq hər şey hazırdır. Rusiya da buna etiraz etmir. Moskva ilə Tehranı birləşdirən Şimal Cənub xətti Azərbaycan üzərindən keçəcək. Ermənistan bu məsələni həll edə bilməz. Fikir verin, bu xətt separatçı ölkənin ərazisindən keçsəydi, yeni xətt çəkilməli idi. Bu isə mütəxəssislərin hesablamalarına görə milyardlarla dollar əlavə xərc deməkdir. Üstəgəl, Ermənistanın pulu da yoxdur ki, bu işi maliyyələşdirsin. Lakin Azərbaycanda hazır infrastruktur var. Buna böyük xərclər tələb olunmur. Bax bu, düşmən ölkənin puç olan birinci ümidi idi”.
Politoloq diqqətə çatdırıb ki, İrəvanın "İran qazı Ermənistan üzərindən Gürcüstana çatdırılacaq” ümidi də boşa çıxdı: "Azərbaycan Dövlət Neft Şirkəti Tiflislə danışıqlar apardı və müəyyən güzəştlər etdi. Bu da Ermənistanın ikinci ümidlərinin üstündən qara xətt çəkdi. Görünür, görüşdə S.Sarkisyan faktiki olaraq regional layihələrdən təcrid olunduqlarını dilə gətirəcək. Ən başlıcası isə odur ki, Dağlıq Qarabağ məsələsi ətrafında müzakirələr aparılacaq. Çünki atəşkəsin intensiv pozulmasında düşmən tərəf bizi günahkar sayır. Azərbaycanın isə atəşkəsi pozması təbiidir. Dəfələrlə demişəm ki, biz üzərimizə belə bir öhdəlik götürməmişik ki, əbədiyyətə qədər atəşkəsi qorumalıyıq və torpaqlarımızın işğalda qalmasına dözməliyik. Əksinə, Azərbaycanın strategiyası dəyişib. Dağlıq Qarabağ ətrafındakı erməni postları və helikopterləri vurulur. Həmin məsələlərin də müzakirə mövzusu olacağı istisna edilmir”.
E.Şahinoğlu onu da əlavə edib ki, Türkiyə mövzusu da müzakirəyə çıxarıla bilər: "Bunu E.Nalbandyanın müsahibəsindən də sezdim. İndi Moskva-Ankara münasibətləri gərginləşib. Ermənistan isə gərginlikdən öz məqsədləri üçün istifadə etməyə çalışır. Amma yenə də S.Sarkisyanın Moskva danışıqlarının uğur qazanacağına inanmıram. Bu, iki bərabər tərəfli ölkə liderləri arasında olan görüş deyil. Ermənistan Rusiyanın vassalıdır. Vassal isə bərabər tərəf hesab olunmur. Bütün əmrləri Ermənistan yerinə yetirməlidir. Bir daha təkrar edirəm ki, Sarkisyan səfərdən yenə də əliboş qayıdacaq”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol